Rüfət Quliyev seçicilərlə görüşüb

73 saylı Lənkəran şəhər seçki dairəsindən millət vəkili Rüfət Quliyev seçicilərlə növbəti görüşünü keçirib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai-siyasi vəziyyətdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət kursunun uğurlarından bəhs edib. O, yanvar ayının 10-da möhtərəm Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin social iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı və yanvarın 30-da “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan və deputatın özünün də iştirak etdiyi konfransdakı nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib. Sonra qəbula gələn seçicilərin problemləri dinlənilib. Bir sıra təxirəsalınmaz məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə nəzarətə götürülüb.

73 saylı Lənkəran şəhər seçki dairəsindən millət vəkili Rüfət Quliyev seçicilərlə növbəti görüşünü keçirib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Rüfət Quliyev ilk növbədə ölkədəki ictimai-siyasi vəziyyətdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət kursunun uğurlarından bəhs edib. O, yanvar ayının 10-da möhtərəm Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin social iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı və yanvarın 30-da "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan və deputatın özünün də iştirak etdiyi konfransdakı nitqlərindən irəli gələn vəzifələr barədə ətraflı məlumat verib. Sonra qəbula gələn seçicilərin problemləri dinlənilib. Bir sıra təxirəsalınmaz məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31