“Xəzərdə Eşqin Səsi”
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən 14 Fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türk və Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsi keçiriləcək. Bakı Yunus Emre İnstitutundan “Olaylar” – a verilən məlumata əsasən, gecədə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Millətvəkilləri, şairlər və aktyorlar iştirak edəcəklər.
8 Fevral 2017 15:57 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Yunus Emre İnstitutu tərəfindən 14 Fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türk və Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsi keçiriləcək. Bakı Yunus Emre İnstitutundan "Olaylar" - a verilən məlumata əsasən, gecədə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Millətvəkilləri, şairlər və aktyorlar iştirak edəcəklər.
Yunusdan Mövlanəyə; Orxan Vəlidən Abdurrəhim Karakoça; Nəsimidən Şəhriyara; Mikayıl Müşfiqdən Hüseyn Cavidə..dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan xalqı ilə ədəbi zənginliyimizdə görüşəcəyik.