"Barselona" apellyasiya şikayəti edəcək

"Barselona" rəhbərliyi İspaniya Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı cavab görüşündəLuis Suarezin meydandan qovulması ilə razılaşmır.

"Barselona" rəhbərliyi İspaniya Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı cavab görüşündəLuis Suarezin meydandan qovulması ilə razılaşmır.  Katalonlar onun 90-cı dəqiqədə aldığı 2-ci sarı vərəqədən apellyasiya şikayəti verəcəklər. "İkinci sarı vərəqə sadəcə gülməlidir. Həmin epizodda heç nə etməmişdim. Ümid edirəm, klub bu məsələnin üstünə düşəcək", - uruqvaylı hücumçu matçdan sonra bildirmişdi.

Qeyd edək ki, ümumi nəticədə 3:2 hesabıyla qalib gələn "Barcelona" kubokun finalına vəsiqə qazanıb. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31