Gündəm

Xəzər dənizində zəlzələ olub

8 Fevral 2017 16:58

Xəzər dənizində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumata əsasən, yerli vaxtla saat 15:18:23-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Cavid Qurbanov: “Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı ən monolit özəklərdən biridir”

8 Fevral 2017 16:56

Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransı giriş sözü ilə açan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələləri qeyd edib. Çıxışı zamanı sədr bildirib ki, Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb.

Keçən ay Binəqədi RİH-ə 274 müraciət daxil olub

8 Fevral 2017 16:55

Cari ilin yanvar ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 274 müraciət daxil olub. “OLAYLAR”-ın Rayon İcra Hakimiyytinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 198-i ərizə  və 76-sı şikayət olub. Müraciətlər daha çox Binəqədi qəsəbəsi üzrə 57 müraciət, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 53 müraciət, Biləcəri qəsəbəsi üzrə 49 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 31 müraciət, Xocəsən qəsəbəsi üzrə 30 müraciət, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 23 müraciət, 28 May qəsəbəsi üzrə 3 müraciət daxil olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 96, Milli Məclisdən 2, Nazirlər Kabinetindən 4  və digər qurumlardan 33  müraciət daxil olub.

Kamal Abdulla rusiyalı alimlə görüşəcək

8 Fevral 2017 16:54

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının təqdimatı Mingəçevir şəhərində keçirilib.Fonddan 2Olaylar” – a verilən məlumata əsasən, təqdimat zamanı  yerli ziyalılarla görüşən O.Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. Qeyd edək ki, Oleq Yuryeviç Kuznetsovu  fevralın 9-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək.

Oleq Yuryeviç Kuznetsov Gəncədə

8 Fevral 2017 16:53

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının Gəncə Dövlət Universitetində təqdimatı keçirilib.

Hemofiliyalı xəstələrə dair Tədbirlər Planı icra olunur

8 Fevral 2017 16:51

Hemofiliya xəstəliyinə dair 2016-2020-ci illər üzrə Dövlət Proqramının həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edilməsinə səbəb oldu. Bu işlər sırasına hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi də daxildi. Belə ki, hemofiliyalı xəstələrin ilkin diaqnostikası İEQAST proqramına qoşulmuş laboratoriyada aparılır. Həmin müayinələrin nəticələri vaxtaşırı İngiltərənin Relis hemostaz laboratoriyası tərəfindən yoxlanılır.

“Kim nə istəyir desin...” – Əlibaba Məmmədov

8 Fevral 2017 16:49

Canəli Əkbərovun həmkarı Əlibaba Məmmədov haqqında səsləndirdiyi xoşagəlməz sözlərə münasibətini öyrənmək üçün “Olaylar” Xalq artisti Əlibaba Məmmədovun münasibətini öyrənməyə çalışdı. Əlibaba Məmmədov “ Kim nə istəyir desin, kim necə istəyir yazsın. Mən heç kimə cavab verməyəcəm. Özümü onların səviyyəsinə salmayacam”- deyib.

Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı sahəsində də regionun lider dövlətinə çevrilib

8 Fevral 2017 16:47

Söz, fikir, məlumat və ifadə azadlığı, plüralizm demokratik cəmiyyətlərdə əsas prioritetlərdən hesab edilir. Demokratik prinsipləri əsas tutan və bu istiqamətdə inkişaf edən ölkələrdə hər zaman söz, fikir və ifadə azadlığı təımin edilir, buna qarşı olan əngəllər zaman-zaman aradan qaldırılır. Məhz qeyd edilən istiqamətdə atılan addımlar ümumilikdə bu və ya digər ölkədə mətbuatın durumunu açıq-aydın ortaya qoyur. Azərbaycan da demokratik, müstəqil şəkildə inkişaf edən bir ölkə olduğu üçün demokratiyanın əsas göstəricilərindən sayılan söz, fikir, ifadə və məlumat azadlığı, plüralizmin inkişaf etdirilmısinə xüsusi önəm verir. Müstəqillik illərindən, xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan dövləti bu istiqamətdə əməli addımlar atdı, ölkədə söz və mətbuat azadlığının, plüralizmin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirdi. Ümummilli liderin 1998-ci ildə ittifaq zamanından qalmış senzuranı ləğv etməsini Azərbaycanda müstəqillik illərindən sonra söz və məlumat, ifadə azadlığına yaradılan ilk imkan kimi də qiymətləndirmək olar. Çünki senzuranın ləğvindən sonra media nümayəndələri artıq yazacaqları hər hansı materialın, məqalənin çap edilməyəcəyi təhlükəsi ilə üzləşmirdilər. Təsadüfi deyil ki, həmin dövrdə ümummilli lider Heydər Əliyevin atmış olduğu məlum addım dünya dövlətləri, beynəlxalq əhəmiyyətli media qurumları tərəfindən də təqdir edildi, yüksək qiymətləndirildi.  Aradan keçən 25 illik bir tarix ərzində Azərbaycanda qeyd edilən sahədə kifayət qədər irəliləyiş əldə edilib. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanda söz, fikir və məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunub. Elə “İnsan Hüquqları XXI əsr” Azərbaycan Fondunun rəhbəri Şahin Camalov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Şahin Camalov ölkədə söz, fikir, məlumat azadlığının durumu, bu istiqamətdə atılan məqsədyönlü adımlardan danışıb.

Rustavidə ixtisara düşən fəhlələrin növbəti aksiyası keçirilib

8 Fevral 2017 16:45

“Rustavi azot” kimya zavodunun işdən azad edilən əməkdaşlarının etiraz aksiyası davam edir.  Bu gün zavodun inzibati binasının qarşısına toplaşan Metallurgiya, dağ-mədən və kimya sənayesi Həmkarlar İttifaqı təşkilatının üzvləri və işdən azad olunan fəhlələr qeydsiz-şərtsiz olaraq iş yerlərinə bərpa olunmalarını tələb ediblər.  

Lapşinin məsələsi siyasi yox, hüquqidir

8 Fevral 2017 16:40

Ayrı-ayrı ölkələrin vətəndaşlığını daşıyan Aleksandr Lapşin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiya edilməsi məsələsinin siyasiləşdirilməsi və ya ona siyasi don geyindirilməsi cəhdləri düzgün deyildir. Sırf hüquqi xarakter daşıyan bu məsələ hüquqi müstəvidə baxılmalıdır.

Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ

8 Fevral 2017 16:37

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. Bu barədə siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.

Zeynəblə evlənən ərəb şeyxi səfir oldu - Bakıya gəlir

8 Fevral 2017 16:35

Bu il Azərbaycanda keçiriləcək ""Bakı 2017" İslam Həmrəyliyi Oyunları"nın səfiri bəlli olub. Şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəylik Oyunlarının fəxri səfiri seçilib. Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı öz Feysbuk hesabında yazıb.

Şirkətlər Trampın qızı ilə əlaqələri kəsdilər

8 Fevral 2017 16:33

Ağ Evdə bütün telefon zənglərinə fərdi assistentim və köməkçim Teodorla birlikdə cavab verirəm.

"Lapşin məsələsi" informasiya müharibəsi yaradıb - Belarus və Azərbaycan hədəfdə

8 Fevral 2017 16:31

"Lapşin məsələsi" ilə bağlı rus və erməni internet mediasında Belarusa qarşı dəhşət hücuma keçiblər. Rusiyalı ekspertlər Lukaşenkonun çox ciddi siyasi riskə getdiyini, Belarusa qarşı sanksiyalar tətbiq etməyin vacibliyini, erməni ekspertlər də Avrasiya blokundan çıxmağın vacibliyini qeyd etməyə başlayıblar. Ruslar artıq rəsmi olaraq bloqçu Lapşini müdafiə edəcəklərini bildiriblər. Bir sözlə, "Lapşin məsələsi" global şəbəkədə amansız informasiya müharibəsinə səbəb olub. Eyni zamanda görünən odur ki, qarayaxmalarda Azərbaycanı tam yaddan çıxarıblar.

"O biri oğlumu da əsgərliyə göndərərdim" - Şəhid Çingizin atası

8 Fevral 2017 16:28

Milli Qəhrəman Çingiz Qurbanovun atası Qurbanov Salman Qurban oğlu Çingizlə bağlı sualları cavablandırıb.