Hemofiliyalı xəstələrə dair Tədbirlər Planı icra olunur

Hemofiliya xəstəliyinə dair 2016-2020-ci illər üzrə Dövlət Proqramının həyata keçirilməsi məqsədyönlü nəticələrin əldə edilməsinə səbəb oldu. Bu işlər sırasına hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi də daxildi. Belə ki, hemofiliyalı xəstələrin ilkin diaqnostikası İEQAST proqramına qoşulmuş laboratoriyada aparılır. Həmin müayinələrin nəticələri vaxtaşırı İngiltərənin Relis hemostaz laboratoriyası tərəfindən yoxlanılır.

Görülən işlər sırasına gələcəkdə əlilliyin qarşısının alınması məqsədilə ilkin müraciətdən sonra ağır formalı uşaqlar birincili və ikincili profilaktikanın aparılması xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və respublikanın bəzi rayonlarında (Şəki, Şirvan, Gəncədə) hemofiliyalı xəstələrə hematoloji tibbi yardımın göstərilməsi də daxildi.

Qeyd edək ki, bu zamana qədər 30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31