Kamal Abdulla rusiyalı alimlə görüşəcək
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu «XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat» kitabının təqdimatı Mingəçevir şəhərində keçirilib.Fonddan 2Olaylar” – a verilən məlumata əsasən, təqdimat zamanı yerli ziyalılarla görüşən O.Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. Qeyd edək ki, Oleq Yuryeviç Kuznetsovu fevralın 9-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək.
8 Fevral 2017 16:54 SosialFevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, rusiyalı politoloq, hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabının təqdimatı Mingəçevir şəhərində keçirilib.Fonddan 2Olaylar" - a verilən məlumata əsasən, təqdimat zamanı yerli ziyalılarla görüşən O.Kuznetsov apardığı araşdırmada erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlar əldə etdiyini, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib.
Qeyd edək ki, Oleq Yuryeviç Kuznetsovu fevralın 9-da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev qəbul edəcək.
Sonra O.Kuznetsovun Azərbaycan Dillər Universitetində və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda yerli ictimaiyyətin nümayəndələri - gənclər və ziyalılarla görüşləri nəzərdə tutulur.