Cavid Qurbanov: “Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı ən monolit özəklərdən biridir”
Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransı giriş sözü ilə açan «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələləri qeyd edib. Çıxışı zamanı sədr bildirib ki, Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb.
8 Fevral 2017 16:56 SosialYeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, konfransı giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov gündəlikdə duran məsələləri qeyd edib. Çıxışı zamanı sədr bildirib ki, Yeni Azərbaycan Partiyasının dəmir yolundakı ərazi ilk partiya təşkilatı indi ən monolit özəklərdən biridir və məhz o çətin illərdə yaradılıb. 1996-cı il iyun ayının 25-də təsis konfransı keçirilib və dayaq dəstəsi 43 nəfərlə fəaliyyətə başlayıb. YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək ölkədə aparılan düzgün siyasət, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, dəmir yolunda həyata keçirilən uğurlu islahatlar haqqında danışdı və ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib. Sonra Yeni Azərbaycan Partiyasının "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindəki ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi seçilib. İdarə Heyətinin üzvləri Xeyrulla Hümbətovun ərazi ilk partiya təşkilatının sədri seçilməsinə yekdilliklə səs veriblər. Sonra sədrin müavinləri və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının konfransına nümayəndələr seçilib.