Gündəm

"Gənclərimizin Lapşinə cavabları həmişə bloklanırdı"

8 Fevral 2017 18:30

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək işğal olunmuş ərazilərə daxil olması Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normativlərinin seperatçı rejim haqqında beynəlxalq hüquq normalarına uyğun çıxarılan qərarlara zidd bir hərəkət idi.

"Azerspace-1" 50 milyon dollar pul qazanıb

8 Fevral 2017 18:24

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki "Azerspace-1"peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.

"Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

8 Fevral 2017 18:10

Fevral ayının 8-də Nəsimi rayon İcra Hakimiyyətində   Nəsimi, Yasamal və Nərimanov rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilmişdir. 

Yavər Camalov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

8 Fevral 2017 18:08

Fevralın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.Bu barədə nazirlikdən “Olylar”a verilən məlumata görə, səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

BNA daha bir dəyişiklik etdi

8 Fevral 2017 18:07

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən metorunun “28 may” stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilib. BNA-nın ictimaiyytlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən, “Koroğlu” NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək.

Dini ekstremizmlə mübarizə yolları müzakirə edilib

8 Fevral 2017 18:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə “Dini ekstremizmlə mübarizə, radikal dini təriqətlərin fəsadları və profilaktikası” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, Quba Rayon Təhsil Şöbəsinin Metodiki Mərkəzinin müdiri Telman Mirzəxanov, Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov, polis şöbəsinin əməkdaşları, müəllim və şagird kontingenti iştirak edib.

ƏƏSMN-də İndoneziyanın Nümayəndələr Palatasının n ümayəndə heyəti ilə görüş olub

8 Fevral 2017 18:06

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş olub. İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani də görüşdə iştirak edib.

Media və AMEA rəhbərliyi arasında görüş keçirilib

8 Fevral 2017 18:01

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında media və AMEA rəhbərliyi arasında görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, görüşün məqsədi akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsidir.

Belarusdan dünyaya nümunə ola biləcək addım

8 Fevral 2017 17:58

Azərbaycan bu günlərdə daha bir diplomatik nailiyyət əldə etdi. Ermənistanın, bəzi hallarda isə Rusiyanın proseslərə müdaxilə etməsinə baxmayaraq işğal altında olan ərazilərə qeyri-qanuni səfər edərək separatçı Dağlıq Qarabağ rejimini hər addımda təbliğ edən bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi.  İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Lapşinin Azərbaycana təhvil verilməməsi üçün Belarus dövlətinə göstərilən təzyiqlərər baxmayaraq rəsmi Minsk həm siyasi iradə və prinsipiallıq, həm də beynəlxalq hüquq və normalara hörmət göstərək separatçıların təbliğatçısı rolunu oiynayan Aleksandr Lapşini Azərbaycana ekstradisiya etdi.

Çin silkələndi - Zəlzələ

8 Fevral 2017 17:47

Çinin Yunyan vilayətində zəlzələ baş verib.  Çin Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların gücü 4,9 bal olub. Zəlzələnin episentri 10 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə hələ məlumat yoxdur.

“Milliyət” qəzetində Xocalı həqiqətləri -Konsul Məsim Hacıyevin təqdimatında

8 Fevral 2017 17:44

Ermeni kuvvetleri 25 Şubat’ı 26 Şubat'a bağlayan gecede Hocalı kasabasında, 83 çocuk, 106 kadın ve 70'den fazla yaşlı dahil olmak üzere toplam 613 kişiyi katletti. Yaşanan sadece insanların katledilmesi değildi. Cesetler üzerinde yapılan incelemelerde bir çoğunun yakılmış olduğu, gözlerinin oyulduğu tespit edildi. Hamile kadınlar ve çocukların da bu vahşete maruz kaldığı belirlendi.

Erməni podpolkovnik öldürüldü

8 Fevral 2017 17:30

Qarabağda gedən döyüşlərdə erməni ordusunun mühəndis qoşunlarının 38 yaşlı podpolkovniki Geqam Manukyan da ölənlər arasındadır. Bu barədə Qarabağdakı mənbələr bildiriblər. O, mühəndis-istehkam qoşunlarında xidmət edirmiş. Mənbələrin bildirdiyinə görə, bu gün səhər saatlarından etibarən Xankəndi hospitalına yaralılar daşıyırlar. Hospitalda yaralıların sayının getdikcə artdığı bildirilir, morqda isə azı 5 əsgər cəsədi var. Mənbəmiz həmin hərbçilərin adlarını və soyadlarını dəqiqləşdirməyə çalışır.

"Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər"

8 Fevral 2017 17:27

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası ədalətin təntənəsidir.

Rusiyanın Bakıdakı səfirliyi hökümətə müraciət etdi - Lapşinə görə

8 Fevral 2017 17:25

Rusiyanın Azərbaycandakı səfirliyi hökumətdən bloger Aleksandr Lapşinlə görüş təşkil olunmasını xahiş edib. Bu sözləri Rusiyanın Belarusdakı səfirliyinin konsulluq şöbəsinin nümayəndəsi deyib.

Nахçıvаnda interaktiv açıq dərs

8 Fevral 2017 17:00

“İnteraktiv açıq dərs” layihəsi çərçivəsində AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri arasında təşkil olunan açıq dərsdə Nахçıvаnın muхtаriyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib.