Dini ekstremizmlə mübarizə yolları müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə “Dini ekstremizmlə mübarizə, radikal dini təriqətlərin fəsadları və profilaktikası” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, Quba Rayon Təhsil Şöbəsinin Metodiki Mərkəzinin müdiri Telman Mirzəxanov, Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov, polis şöbəsinin əməkdaşları, müəllim və şagird kontingenti iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə "Dini ekstremizmlə mübarizə, radikal dini təriqətlərin fəsadları və profilaktikası" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, Quba Rayon Təhsil Şöbəsinin Metodiki Mərkəzinin müdiri Telman Mirzəxanov, Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov, polis şöbəsinin əməkdaşları, müəllim və şagird kontingenti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov təhsil sahəsində həyata keçirilən islahatlardan, dövlətin təhsilə göstərdiyi qayğıdan bəhs edib. O, bildirib ki, Azərbaycan dövləti dünyəvi dövlət olmasına baxmayaraq dinə və dindara böyük ehtiram göstərir və diqqət ayırır. DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dini radikalizm və onun törətdiyi acı nəticələrindən danışıb. O, bildirib ki, Azərbaycan regionun ən stabil və sakit ölkələrindəndir. Bu sabitliyin və əmin-amanlığın ölkəmizdə qorunmasının qarantı isə  Azərbaycan dövlətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31