Yavər Camalov Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
Fevralın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.Bu barədə nazirlikdən “Olylar”a verilən məlumata görə, səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
8 Fevral 2017 18:08 SosialFevralın 8-də müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.Bu barədə nazirlikdən "Olylar"a verilən məlumata görə, səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə qardaş ölkə Türkiyə arasındakı ikitərəfli əlaqələrin böyük inkişaf yolunda olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib. Erkan Özoral səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.