Belarusdan dünyaya nümunə ola biləcək addım

Azərbaycan bu günlərdə daha bir diplomatik nailiyyət əldə etdi. Ermənistanın, bəzi hallarda isə Rusiyanın proseslərə müdaxilə etməsinə baxmayaraq işğal altında olan ərazilərə qeyri-qanuni səfər edərək separatçı Dağlıq Qarabağ rejimini hər addımda təbliğ edən bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi.  İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Lapşinin Azərbaycana təhvil verilməməsi üçün Belarus dövlətinə göstərilən təzyiqlərər baxmayaraq rəsmi Minsk həm siyasi iradə və prinsipiallıq, həm də beynəlxalq hüquq və normalara hörmət göstərək separatçıların təbliğatçısı rolunu oiynayan Aleksandr Lapşini Azərbaycana ekstradisiya etdi.

Lukaşenkodan ciddi siyasi iradə nümayişi

Azərbaycan bu günlərdə daha bir diplomatik nailiyyət əldə etdi. Ermənistanın, bəzi hallarda isə Rusiyanın proseslərə müdaxilə etməsinə baxmayaraq işğal altında olan ərazilərə qeyri-qanuni səfər edərək separatçı Dağlıq Qarabağ rejimini hər addımda təbliğ edən bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi.  İsrail, Rusiya və Ukrayna vətəndaşı olan Lapşinin Azərbaycana təhvil verilməməsi üçün Belarus dövlətinə göstərilən təzyiqlərər baxmayaraq rəsmi Minsk həm siyasi iradə və prinsipiallıq, həm də beynəlxalq hüquq və normalara hörmət göstərək separatçıların təbliğatçısı rolunu oiynayan Aleksandr Lapşini Azərbaycana ekstradisiya etdi.

Məlumat üçün qeyd edək ki, Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib. Blogger  Azərbaycan tərəfinin tələbi ilə 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. Həmin gündən aktiv fəaliyyətə keçən Azərbaycan diplomatiyası, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara söykənərək bütün məqsədlərə nail olmaq bacarığı Lapşinin ötən gün Azərbaycana gətirilməsi ilə sonuclandı, Bununla Azərbaycan cəmiyyəti bir daha əmin oldu ki, onun prezidenti milli maraqları hər zaman hər şeydən üstün tutub. Bu məqsədlə dövlət başçısı beynəlxalq arenada da uğurlu fəaliyyət göstərib, milli maraqlarımızın müdafiəçisi qismində özünə yaxın dost, müttəfiq tapıb.  Hər halda Belarus Respublikasının Aleksandr Lapşini Azərbaycana təhvil verməsinin fonunda bunu aydın görmək mümkündür. Məlumdur ki, Azərbaycanın son illər ərzində yüksək səviyyədə diplomatik münasibətlər qurduğu ölkələr sırasında Belarus ön sırada durur. Dövlət başçılarının qarşılıqlı səfərləri təkcə iqtisadi və ticari deyil, eyni zamanda siyasi sahədə də Bakı ilə Minsk arasında möhkəm bağlar yaradıb. İstər beynəlxalq təşkilatlar səviyyəsində, istər regional məsələlərdə Azərbaycan və Belarus bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir. Bu gün Minsklə Bakı arasında münasibətlər elə bir səviyyədə inkişaf edib ki, hətta kənar dövlətlərin təzyiq və təhdidlərinə baxmayaraq hər iki ölkə prinsipiallıq ortaya qoyaraq qarşılıqlı maraqların təmin olunması prizmasından çıxış edirlər. Məhz Lapşinin Rusiya və Ermənistanın ciddi irad və təhdidlərinə baxmayaraq Azərbaycana verilməsi də bunun əyani sübutudur.  Məlumat üçün qeyd edək ki, Ermənistan artıq Rusiya qarşısında Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılması təşəbbüsü ilə çıxış edib. Öz növbəsində bəzi Rusiya rəsmiləri də İrəvanın təşəbbüsünə dəstək nümayiş etdiriblər. Amma göründüyü kimi rəmsi Minsk, xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenko bunların heç birinı əhəmiyyət verməyərək beynəlxalq hüquq və normaları, sərhədlərin toxunulmazlığı prinsipi, edləcə də Azərbaycanla mövcud olan dostluq münasibətlərini əsas götürdü.  Birməanlı olaraq qeyd etmək mümkündür ki,  Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə aldı, qəti və obyektiv qərar qəbul edərək Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirdi. Bununla həm Belarus prezidenti güclü bir siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini dünyaya nümayiş etdirmiş oldu.  Əslində Aleksandr Lukaşenkonun Lapşinlə bağlı atmış olduğu addım həm də beynəlxalq aləmə, dünyaya bir nümunə idi. Belarus prezidenti dünyaya sübuta yetirdi ki, beynəlxalq qanunlar yalnız szdə deyil, əməldə də icra olunmalıdır. Baxmayaraq ki, dünyanın güc mərkəzləri həmin qanunları qəbul ediblər. ancaq onu qəbul edənlərin özləri belə həmin prinsiplərə sayğı nümayiş etdirmirlər. Amma bunun əksi olaraq yaxın tarixə qədər Qərb tərəfdən haqsız ittihamlar, qərəzli yanaşmalarla üzləşən Belarus ona irad bildirənlərdən daha çox beynəlxalq hüquq və prinsiplərə riayət edir, onların icrası istiqamətində addımlar atır

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31