Şirkətlər Trampın qızı ilə əlaqələri kəsdilər
Ağ Evdə bütün telefon zənglərinə fərdi assistentim və köməkçim Teodorla birlikdə cavab verirəm.
8 Fevral 2017 16:33 DünyaAğ Evdə bütün telefon zənglərinə fərdi assistentim və köməkçim Teodorla birlikdə cavab verirəm. ABŞ prezidenti Donald Trampın qızı, 35 yaşlı İvanka Tramp İnstaqram profilində paylaşdığı fotonu bu sözlərlə müşayiət edib. D.Tramp prezident seçilən gündən bəri İ.Tramp Ağ Evdən sürəkli fotolar paylaşır. Bu fotolar müsbət reaksiyalarla yanaşı, mənfi məzmunlu şərhlərə də səbəb olur.
İvanka Trampın əri Cared Kuşner ABŞ prezidentinin birinci köməkçisidir.
35 yaşlı İ.Tramp isə "The Trump Organization" korporasiyasındakı və ona məxsus moda brendlərindəki fəaliyyətini dayandırıb.
Bu arada ABŞ-da geyim və zinət əşyalarının ən böyük riteylerindən olan "Nordsrom" İ.Trampın şirkətinə istehsal etdiyi çantaları, geyimləri, ayaqqabıları və aksessuarları satmaqdan imtina edib.
"Jet", HSN və "Belk" onlayn-riteylerləri də eyni addımı atıblar. Bu barədə Milli.az ABC-yə istinadən xəbər verir.