Lapşinin ekstradisiyası bir daha təsdiq etdi ki...
Azərbaycan daha bir diplomatik uğura imza atdı. Belə ki, rəsmi Bakının israrı, Minskinin qətiyyəti Azərbaycan ətrafında hörülmüş həlqələri darmadağın etdi. Ermənipərəst qüvvələrin, eləcə də erməni diasporasının ciddi təkidinə baxmayaraq Rusiya və İsarail vətəndaşı olan bloger Aleksandr Lapşinin ekstradisiyasına qərar verildi. Nəhayət fevralın 7-də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşin Bakıya gətirildi. Məlumat üçün qeyd edək ki, Bundan əvvəl Belarus Ali Məhkəməsi bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib.
8 Fevral 2017 15:01 SiyasətAzərbaycan öz ərazilərinə nəzarət etmək iqtidarındadır
Azərbaycan daha bir diplomatik uğura imza atdı. Belə ki, rəsmi Bakının israrı, Minskinin qətiyyəti Azərbaycan ətrafında hörülmüş həlqələri darmadağın etdi. Ermənipərəst qüvvələrin, eləcə də erməni diasporasının ciddi təkidinə baxmayaraq Rusiya və İsarail vətəndaşı olan bloger Aleksandr Lapşinin ekstradisiyasına qərar verildi. Nəhayət fevralın 7-də Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş, Belarusda saxlanılan bloqer Aleksandr Lapşin Bakıya gətirildi. Məlumat üçün qeyd edək ki, Bundan əvvəl Belarus Ali Məhkəməsi bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayətini rədd edib. Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir ki, A. Lapşin bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Nəhayət, Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.
Ekstradisiya qərarının şok effekti
Belarusun baş prokurorunun müavini Aleksey Stukun A.Lapşinin Bakıya ekstradisiyası haqda imzaladığı qərar bunun əksini gözləyənlər üçün şok effekti yaratdı. Daha doğrusu, ekstradisiya qərarı Lapşini nümayişkanə dəstəkləyən anti-zərbaycan qüvvələrini məyus etdi. Yəni, Azərbaycan öz israrı ilə nümayiş etdirdi ki, ölkənin təhlükəsizliyi, dövlət sərhədinin mühafizəsi kimi ümumdövlət prinsiplərində diplomatik uğur qazanmaq imkanına malikdir. Və heç bir xarici şirkət, yaxud əcnəbi vətəndaş onun sərhəd rejimini pozmaq iqtidarında deyil. Bu, həm də birbaşa dünyaya bir mesaj idi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və heç bir xarici ölkənin vətəndaşı bu dövlətin icazəsi olmadan onun ərazisinə daxil ola bilməz. Azərbaycanın bu uğuru həm də Qarabağdakı separatçı rejimə, onların havadarlarına, eləcə də işğalçı Ermənistana növbəti tutarlı mesajdır. Lapşinin Azərbaycana ekstradisiyası erməni ideoloqlarının uzun illərdən bəri apardıqları anti-Azərbaycan təbliğatının, Dağlıq Qarabağın guya ermənilərə məxsus olması barədə uydurmalarının üstündən birdəfələk qırmızı xətt çəkmiş oldu.
Azərbaycanın diplomaik uğuru
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycanın bu diplomatik qələbəsi onu da göstərdi ki, Belarus dövləti sözün həqiqi mənasında Azərbaycana dost münasibətilə seçilən ölkədir. Xatırladaq ki, Belarus dövləti dəfələrlə Azərbaycana dost ölkə olduğunu nümayiş etdirib. Hələ aprel müharibəsi zamanı rəsmi Minsk açıq-aşkar Azərbaycanı müdafiə edərək, İrəvanı hiddətləndirmiş, hətta Belarus səfiri Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılmışdı. O da danılmaz faktdır ki, KTMT-nin baş katibi postuna erməninin gətirilməsini əngəlləyən iki dövlətdən biri Belarusdur. Əminliklə demək olar ki, Lapşinin ölkəmizə ekstradisiyası Rusiya-Azərbaycan münasibətlərinə qətiyyən xələl gətirə bilməz. Çünki, inandırıcı deyil ki, hansısa bir blogerə görə, iki ölkə arasında illərlə formalaşmış diplomatik əlaqələr, siysi-iqtisadi əməkdaşlıq, nəhayət strateji müttəfiqlik telləri qırılsın. Rusiya çox yaxşı başa düşür ki, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini, dövlətin milli təhlükəsizliyin təmin etməkdə haqlıdır. Üstəlik Azərbaycan qanunvericiliyinə görə, heç bir xarici vətəndaş ölkəyə gəlmək hüququndan məhrum edilmir. O şərtlə ki, əcnəbilər Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəyə gələ bilər. Yəhudi blogger isə Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək, sərhəd rejimini pozmaqda və separatçı rejimi təbliğ etməkdə ittiham olunur. Belə halda, Azərbaycandan incimək, ondan qanunsuz nəsə tələb etmək isə dövlətlərarası münasibətə kölgə sala bilər. Həm də iki ölkə arasında vacib əməkdaşlıq prespektivləri var ki, bu imkanlara adi bir bloger ekstradisiyasına görə xələl gətirmək sadəlövlük olardı. Azərbaycan bu addımı ilə dünya ictimaiyyətinə göstərdi ki, müstəqil dövlət olaraq öz ərazilərinə nəzarət etmək iqtidarındadır, üstəlik uğurli xarici siyasət yürüdür. Ekstradisiya prosesinin baş tutması isə Azərbaycan dövlətinin gücünü göstərməklə yanaşı, qanunun qüvvəsinin təntənəsi anlamına gəlməlidir. Yəni, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirməklə bərabər, ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri davam etdirməkdə israrlıdır.
Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Elə bu səbədən də Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Alim