Gündəm
Xocalıda soyqırım törədənlər cəzalarını alacaqlar
"Xocalı soyqırımı bəşəriyyətə qarşı ən böyük ədalətsizlikdir". Bunu Roma Papasının Bakıdakı nümayəndəsi Viladimir Fekete Qafqaz Müsəlmanları İdarəsində bu gün keçirilən "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!"" adlı tədbirdə deyib.
İsrailli ekspert: "Ermənistan hakimiyyəti məhkəmə qarşısına çıxmalıdır"
"Elə coğrafi adlar var ki, onlar xəritədəki bir nöqtədən daha çox şey ifadə edir. Bu, zorakılıq və qeyri-insaniliyin rəmzinə çevrilmiş şəhər və kəndlərin adıdır - Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi. 1990-cı illərin əvvəlində bu siyayıha daha bir şəhər - Xocalı əlavə olundu. Xocalı faciəsi bəşəriyyətə qarşı bir cinayətdir".
AMEA müsabiqə elan edir
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdi.
Lütfi Məmmədbəyov yad olunacaq
Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən “Olaylar” –a verilən məlumat görə, tədbir 23 fevral saat 15 :00 – da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Fevralın 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
"Ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər"
"Ermənilər Xocalı ilə bağlı beynəlxalq təşkilatlarda bəhanə gətirə bilmirlər". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!"" tədbirində deyib.
Azərbaycan-Ukrayna əlaqələri genişlənir
Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər. Milli Məclisdən verilən məlumata görə, millət vəkili, işçi qrupun rəhbəri Rüfət Quliyev xalqlarımız arasında bir əsrdən artıq hökm sürən tarixi dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb.
Gürcüstanda Xocalı faciəsinin 25 illiyi qeyd ediləcək
Fevralın 23-də isə deputat Elman Məmmədov Tbilisi şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili orada Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycan icması tərəfindən Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. Səfər fevralın 25-də başa çatacaq.
“Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm”
Fevralın 22-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.
Qazaxıstanda Xocalı soyqırımı anılacaq
Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə fevralın 21-dən 23-dək qardaş ölkənin paytaxtı Astana şəhərində səfərdə olacaqlar.
Məşqçisinə atəş açan yeniyetmə özünü qatarın altına atdı - VİDEO
15 yaşlı yeniyetmə tirdə məşqçisinə atəş açıb və "Qlok" tapançasını, silahın təchiz edildiyi 30 patron ilə birgə götürərək hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra oğlanın cəsədi hadisə yeri yaxınlığında aşkarlanıb.
ADU-da ənənəvi Çin mebeli mövzusunda seminar keçirilib
Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Ənənəvi Çin mebelinin bədii xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov Çində mebel ənənəsinin xüsusiyyətləri haqqında danışaraq, mebelin Çin interyeri sistemindəki rolunu xüsusi vurğulayıb.
"Bu proseslərin sonu Ermənistan üçün yaxşı bitməyəcək"
“Qondarma “DQR”-ni heç Ermənistanın özü belə tanımır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və hər kəs də bunu belə bilib, qəbul edir. Bu baxımdan Ermənistan bizim torpaqlarımızda nə keçirsə də, onun hüquqi əsası olmayacaq”. Bunu hərbi ekspert Emin Həsənli deyib.
Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO - FOTO
Suriyada Əsəd rejiminin hava hücumundan sonra yerlə yeksan olan binanın dağıntıları altında qalan qız möcüzəvi şəkildə xilas edilib.
Türkiyəyə Suriyadan ACI XƏBƏR
Suriyanın Əl-Bab şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda aparılan döyüşlərdə Türkiyənin bir hərbi qulluqçusu həlak olub, ikisi yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir. Yaralılar Türkiyədəki xəstəxanalara çatdırılıblar.














