Gündəm

Məhkəmə PARTLADILDI: yaralılar var

21 Fevral 2017 12:16

Pakistanın şimalında, Tanqa şəhərindəki məhkəmə binasında partlayış olub. Hadisə nəticəsində ən azı 13 nəfər xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, Pakistan polisi atəş açan zaman terrorçu-intiharçı partlayıb.

Elman Nəsirov: "Prezidentin Münxen Təhlükəsizlik Konfransının tribunasından səsləndirdiyi fikirlər beynəlxalq sülhə xidmət edir"

21 Fevral 2017 12:14

Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransının tribunasından səsləndirdiyi fikirlər beynəlxalq sülhün, eyni zamanda təhlükəsizliyin qorunması, müdafiə olunması və inkişafına xidmət göstərir.

Azərbaycandakı dini liderlər beynəlxalq təşkilatlara və Avropa Məhkəməsinə müraciət ediblər

21 Fevral 2017 12:04

Azərbaycandakı dini icmaların rəhbərləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev və Azərbaycan Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Jerusalem Post: "Tramp Azərbaycanla bağlı 907-ci düzəlişi dondurmalıdır"

21 Fevral 2017 12:00

Azərbaycanın əhəmiyyəti Rusiya və İranla həmsərhəd olan, eləcə də iri neft və qaz istehsalçısı bir ölkənin strateji və coğrafi mövqeyinə əsaslanır.

İran baharı başlandı: SEPAH qərargahı yandırıldı, onlarla yaralı var - HÖKUMƏT HƏYƏCANDA 

21 Fevral 2017 11:55

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub.

Kaliforniyadan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib

21 Fevral 2017 11:52

ABŞ Konqresinin Kaliforniyadan olan üzvü, konqresmen Xuan Varqas Xocalı qətliamının 25-ci il dönümü ilə əlaqədar geniş bəyanat verib. 

Şeyxülislam: "Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək"

21 Fevral 2017 11:50

Cocuq Mərcanlı kəndində Şuşaməscidinə oxşar məscid tikiləcək. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. A. Paşazadə bildirib ki, bununla bağlı prezident İlham Əliyev ona öz tövsiyələrini verib: "Məhz cənab prezidentin ideyası ilə Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək".

"Referendum" göstərdi ki, danışıqların əhəmiyyəti qalmayıb

21 Fevral 2017 11:49

“Ötən gün qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilən “referendum”un heç bir hüquqi əsası yoxdur. Çünki dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

Azərbaycanın Rusiyadan silah alması Ermənistanı təlaş içində saxlayır SIYASI ANALIZ

21 Fevral 2017 11:48

Stoqholm sülh problemləri araşdırmaları beynəlxalq insitunun (SIPRI) dünya ölkələrinin silah alışı ilə bağlı yaydığı növbəti hesabatında silah idxalı baxımından Azərbaycanla Ermənistan arasındakı böyük fərqə toxunulub. Hesabata görə, 2012-2016-cı illər ərzində Azərbaycan yeni silahlar əldə etməklə Ermənistanı 20 dəfə keçib. 

Millət vəkili: “Ermənistana beynəlxalq sanksiyalar tətbiq olunmalıdır” 

21 Fevral 2017 11:46

“Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansısa yeniliyin olacağı inandırıcı deyil”. Bunu millət vəkili Azər Badamov deyib.

Novruz bayramında qulaq falına çıxmaq, qapı pusmaq olarmı?

21 Fevral 2017 11:42

Təəssüf ki, Novruz bayramına düşmən olan bəzi qüvvələr bu adət-ənənəyə də şirk damğası vururlar. Əvvəla, unutmaq olmaz ki, heç kim qulaq falını ciddi mənada fal kimi yozmur. Bu, mistik mahiyyətdən daha çox, əyləncə xarakteri daşıyan adətdir. İkincisi, İslamda hər hansı hadisəni xeyrə yozmaq, əlamətlərdən xoş nəticə çıxarmaq və gələcəyə nikbin baxmaq müsbət qarşılanır.

Rusiyada 4,8 bal gücündə zəlzələ baş verib

21 Fevral 2017 11:40

Rusiyanın Kamçatka vilayətində 4,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sakit okeanda, ocağı isə 60 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə əvəz olunur  

21 Fevral 2017 11:37

Azərbaycan dəmir yollarında əsaslı təmir işləri həyata keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, artıq əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Uzunölçülü relslərin qaynaqlanması prosesini ”Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarının kollektivi həyata keçirir.

Ermənilər yenə snayperlərdən istifadə edir

21 Fevral 2017 11:35

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.

Rusiya Qarabağ ermənilərinə pasport paylaya bilərmi?

21 Fevral 2017 11:33

Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasportları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yolu ilə bu bölgələri geri qaytarması problematikdir. Çünki Rusiya bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır.