Əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə əvəz olunur  

Azərbaycan dəmir yollarında əsaslı təmir işləri həyata keçirilir. “OLAYLAR”-a daxil olan məlumata görə, artıq əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Uzunölçülü relslərin qaynaqlanması prosesini ”Dəmiryolservis” MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarının kollektivi həyata keçirir.

Azərbaycan dəmir yollarında əsaslı təmir işləri həyata keçirilir. "OLAYLAR"-a daxil olan məlumata görə, artıq əsaslı təmir olunmuş yollar 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunur. Uzunölçülü relslərin qaynaqlanması prosesini "Dəmiryolservis" MMC-nin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarının kollektivi həyata keçirir. Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesinə 22 fevral 2012-ci ildə start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 30 yanvar 2013-cü ildə istismara verilib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsində qaynaq işlərini həyata keçirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31