Azərbaycan-Ukrayna əlaqələri genişlənir

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupunun  üzvləri   ölkəmizdə  səfərdə olan  Ukrayna  Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun  üzvləri ilə  görüşdülər. Milli Məclisdən verilən məlumata görə, millət vəkili, işçi qrupun rəhbəri Rüfət Quliyev xalqlarımız  arasında bir əsrdən artıq hökm sürən  tarixi  dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb.

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupunun  üzvləri   ölkəmizdə  səfərdə olan  Ukrayna  Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun  üzvləri ilə  görüşdülər. Milli Məclisdən verilən məlumata görə, millət vəkili, işçi qrupun rəhbəri Rüfət Quliyev xalqlarımız  arasında bir əsrdən artıq hökm sürən  tarixi  dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışıb. O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığı da yüksək qiymətləndirərək deyib ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Rüfət  Quliyev  Ukraynada  300 min  soydaşımızın  yaşadığını,  dost ölkədə  onlar  üçün bütün  lazımi  mühitin  yaradıldığını, bu ölkənin həmvətənlərimizin  dogma  evinə çevrildiyini  diqqətə  çatdırıb. Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Maksim Kuryaçiy səmimi qonaqpərvərlik  üçün təşəkkür edərək ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından geniş söz açıb. Qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirən qonaq ölkələrimiz  arasında iqtisadi, ticari, mədəni  əlaqələrin gücləndirilməsi sahəsində  perspektivlərdən danışıb.  Görüşdə  qarşılıqlı  maraq  doğuran digər  məsələlər  barəsində geniş fikir  mübadiləsi  aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31