Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO - FOTO

Suriyada Əsəd rejiminin hava hücumundan sonra yerlə yeksan olan binanın dağıntıları altında qalan qız möcüzəvi şəkildə xilas edilib.

Suriyada Əsəd rejiminin hava hücumundan sonra yerlə yeksan olan binanın dağıntıları altında qalan qız möcüzəvi şəkildə xilas edilib. Xilasetmə dəstəsinin üzvü əlləri ilə beton qırıntılarını qazıb. O əvvəlcə uşağın burnunu və ağzını görüb. İşçi dərhal qızın ağzına və burnuna dolan beton qırıqlarını təmizləyib. 

Əgər o, bir neçə dəqiqə geciksəydi, qız nəfəs ala bilmədiyinə görə həyatını itirəcəkdi. Çünki uşağın ağzına və burnuna dolan beton qırıqları onun nəfəs almasına imkan vermirdi.

Üzü-gözü qan içində olan qızı dağıntılar altından xilas edən işçi onu qucaqlayıb və oradan uzaqlaşıb. Bu barədə Milli.az "Mirror"a istinadla xəbər verir.

Qeyd edək ki, həmin hücum nəticəsində 4 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31