Qazaxıstanda Xocalı soyqırımı anılacaq

Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin  Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci  ildönümünə  həsr  olunmuş tədbirlərdə iştirak  etmək məqsədi ilə fevralın  21-dən 23-dək qardaş ölkənin paytaxtı Astana  şəhərində səfərdə olacaqlar.

Milli Məclisin deputatları Adil Əliyev və Naqif Həmzəyev ölkəmizin  Qazaxıstandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 25-ci  ildönümünə  həsr  olunmuş tədbirlərdə iştirak  etmək məqsədi ilə fevralın  21-dən 23-dək qardaş ölkənin paytaxtı Astana  şəhərində səfərdə olacaqlar. Bu barədə MM-dən verilən məlumata görə, deputatlarımız mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir  iştirakçılarına  ətraflı məlumat  verəcəklər.Tədbir  çərçivəsində "Soyqırımlardan  azad  dünyaya  doğru" adı altında  Xocalı soyqırımı ilə bağlı  faciənin əks  olunduğu fotolar da  nümayiş  etdiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31