Lütfi Məmmədbəyov yad olunacaq
Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən “Olaylar” –a verilən məlumat görə, tədbir 23 fevral saat 15 :00 – da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.
21 Fevral 2017 12:59 MədəniyyətMilli Dram Teatrında görkəmli teatr və kino xadimi, xalq artisti Lütfü Məmmədbəyovun 90 illik yubileyinə həsr olunan xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən "Olaylar" -a verilən məlumat görə, tədbir 23 fevral saat 15 :00 - da Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. Xatirə tədbirində L. Məmmədbəyovun Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.
Tədbir Xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə baş tutacaq anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdu. Qeyd edək ki, Azərbaycan kinosunun və teatrının inkişafında böyük xidmətləri olan Lütfü Məmmədbəyov Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. O, 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.