“Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm”

Fevralın 22-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Ankarada beynəlxalq konfrans keçiriləcək

Fevralın 22-də Ankarada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm" mövzusunda Beynəlxalq Konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov iştirak edəcək. "Olaylar" xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti ilə birgə təşkil etdiyi konfransda dövlət rəsmilərinin, elm xadimlərinin, Ankarada yerləşən diplomatik korpusun, beynəlxalq təşkilatların və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcək. Tədbirin məqsədi Xocalıda baş vermiş faciəni, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünü, insanlıq əleyhinə cinayətlərin və terrorizmin müasir dünyanın faciəsi olduğunu ictimaiyyətə çatdırmaqdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31