Gündəm

Əsgərlərin avtobusu qəza törətdi

21 Fevral 2017 13:50

Türkiyənin Muğlan bölgəsinin Dalaman qəsəbəsində əsgərləri qərargaha aparan avtobus qəzaya uğrayıb. “Olaylar” “Sadecehaber2 - ə istinadən bildirir ki, qəza zamanı bir zabit və 6 əsgərin yaralanıb.

"The Hill": "Qərb QHT-ləri Azərbaycan haqqında məlumatları dəqiqləşdirmə aparmadan dərc edirlər"

21 Fevral 2017 13:46

"Kütləvi informasiya vasitələri (KİV) yalanla ən kəsərli mübarizə üsullarından biridir, eyni zamanda ən böyük "cinayətkar"dır, "saxta xəbər"lər yaradır". Bu barədə İsrailin Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru, "Jerusalem Post"un sabiq redaktoru və "Baltimore Jewish Times"ın sabiq baş redaktoru Maayan Yaffe-Hoffmanın ABŞ-ın "The Hill" qəzetində dərc olunan məqaləsində deyilir.

İğdırda ölən 3 azərbaycanlının nəşi vətənə gətirildi

21 Fevral 2017 13:39

"Ötən gün Naxçıvan-İğdır avtomobil yolunda iki sərnişin avtobusunun toqquşması nəticəsində həlak olan 3 Azərbaycan vətəndaşının nəşi vətənə göndərilib".

Sarkisyandan acı ETİRAF: "Rusiya olmasa, biz..."

21 Fevral 2017 13:36

"Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır". Bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.

"Xocalı soyqırımını törədənlər beynəlxalq məhkəmələrdə cəzalarını alacaqlar"

21 Fevral 2017 13:34

"Xocalı soyqırımını törədənlər gec-tez beynəlxalq məhkəmələr qarşısında öz cəzalarını alacaqlar".

Gənclərə ətraf mühitin qorunması təbliğ edilir 

21 Fevral 2017 13:31

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ekologiyamızı gənclər qoruyur” adlı layihə yekunlaşıb. “OLAYLAR”-ın xəbərinə görə, Nərgiz Hüseynovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi gənclərə ətraf mühitin düzgün şəkildə qorunmasına dair dolğun biliklərin aşılanması, eləcə də əldə etdikləri bilik və təcrübələri başqaları ilə bölüşmələrinə zəmin yaratmaqdır. Quba şəhərində həyata keçirilən layihə çərçivəsində 3 təlim keçirilib ki, burada da gənclər və ətraf mühit, ekoloji tarazlıq, təkrar istesalat ilə bağlı məlumatlar verilib. Layihədən öncə və sonra edilən qiymətləndirmə prosesi layihə iştirakçılarının mövzu ilə bağlı biliklərinin müsbət yöndə dəyişdiyini göstərib.

Bakı metropolitenində böyük təhlükə yaradan axıntılarla gündəlik mübarizə aparılır  

21 Fevral 2017 13:29

Metropolitendə yeraltı qurğuların keyfiyyətinin qorunmasında çətinliklər geofiziki təsirlər və hidrogeoloji mühitdən, habelə şəhərin inkişafı ilə bağlı texnogen proseslərdən asılıdır. Metro tunellərinin yaxınlığında aparılan nəhəng inşaat işləri tunel konstruksiyalarını deformasiya təhlükəsinə məruz qoya bilər.

Gənclər üçün növbəti təlim keçirilib

21 Fevral 2017 13:29

ARGTMŞ Gənclər Evində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” çərçivəsində “Məqsəd qoyma və həyat prespektivlərinin qurulması” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimdə 25 nəfər Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndə və fəal gənclər iştirak edib. Qeyd edək ki, Gənclər Təşkilatları İnstitutunun gücləndirilməsi istiqaməti çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” proqramı 2013-cü ildə start verilib. Proqram çərçivəsində Bu günə qədər 80 gənclər təşkilatından 595 iştirakçı QİDA proqramı çərçivəsində 61 ayrı təlimdə iştirak edib.

Xırdalanda yaşayış binası yanıb

21 Fevral 2017 13:27

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli 40 p.m yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əjdər Ağayev: "Bu qərar təhsil sahəsində mütərəqqi addımdır" 

21 Fevral 2017 13:26

“Bildiyiniz kimi, ölkəmizdə 18 yaşına çatdıqdan sonra  valideyn dəstəyindən məhrum olan uşaqlar ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ala bilmirdilər. Lakin bu qərardan sonra həmin şagirdlə təhsillərini dövlət hesabına davam edəcəklər. Bu baxımdan hesab edirəm ki, Konstitusiya Məhkəməsinin bu qərarı təhsil sahəsində mütərəqqi addımdır”. Bunu təhsil üzrə ekspert Əjdər Ağayev deyib.     

Susadım, hay qanı içmək istirəm...

21 Fevral 2017 13:22

Dişlərim qıcınır hay qanı üçün, Hər yerdə yağını didmək istirəm, Əlimə almışam qılıncdan qələm, Yazaraq aləmi biçmək istirəm...

"Ukrayna güclü Azərbaycanın inkişafında maraqlıdır"

21 Fevral 2017 13:20

"Bir neçə gündən sonra Xocalı faciəsinin 25-ci ildönümü tamam olur. Biz bu faciə ilə bağlı Azərbaycanın ağrısını bölüşürük". Bunu Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Ukrayna-Azərbaycan parlametlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy deyib. O bildirib ki, bu hadisəni törədənlər cəzasını almalıdır.

Cümşüd Nuriyev: “Onlar Qarabağ məsələsinin həllini istəmirlər” 

21 Fevral 2017 13:18

“Ümumiyyətlə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfərində müsbət heçnə görmürəm. Çünki bu səfər Azərbaycanın ziyanına olan bir şeydir”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

Azərbaycan-Ukrayna əlaqələri strateji səviyyədədir

21 Fevral 2017 13:14

Ukrayna Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Pike Luis Enrikeyə dəstək oldu

21 Fevral 2017 13:12

Son oyunlar "Barselona" azarkeşlərinin Luis Enrikenin komandadan getməsini istəməyi ilə nəticələnib. Klub rəhbərliyinin ardından Pike də baş məşqçiyə dəstəyini ifadə edib: "Luis Enrike gəldiyində biz yaxşı vəziyyətdə deyildik və onunla biz trebl etdik.