Azərbaycan-Ukrayna əlaqələri strateji səviyyədədir

Ukrayna Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Ukrayna Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. O bildirib ki, iki dövlət arasında sovet ittifaqı dövründə xüsusi münasibətlər olub. Müstəqillik illərində isə bu münasibətlər daha da inkişaf edib və strateji xarakter daşıyıb. Diplomat bildirib ki, mütamadi olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər Azərbaycan-Ukrayna münasibətlərini daha da inkişaf etdirib. Onun sözlərinə görə, hazırda Ukraynada 6 min azərbaycanlı tələbə təhsil alır: "Bu çox sevindirici haldır, baxmayaraq ki, Ukrayna əleyhinə güclü təbliğat gedir". Mişenko ölkəsinə səfər edən azərbaycanlı turistlərin sayının da artdığını deyib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31