Bakı metropolitenində böyük təhlükə yaradan axıntılarla gündəlik mübarizə aparılır  

Metropolitendə yeraltı qurğuların keyfiyyətinin qorunmasında çətinliklər geofiziki təsirlər və hidrogeoloji mühitdən, habelə şəhərin inkişafı ilə bağlı texnogen proseslərdən asılıdır. Metro tunellərinin yaxınlığında aparılan nəhəng inşaat işləri tunel konstruksiyalarını deformasiya təhlükəsinə məruz qoya bilər.

Metropolitendə yeraltı qurğuların keyfiyyətinin qorunmasında çətinliklər geofiziki təsirlər və hidrogeoloji mühitdən, habelə şəhərin inkişafı ilə bağlı texnogen proseslərdən asılıdır. Metro tunellərinin yaxınlığında aparılan nəhəng inşaat işləri tunel konstruksiyalarını deformasiya təhlükəsinə məruz qoya bilər. Buna görə də tunellərin mühafizəsi məqsədilə daha səmərəli tədbirlərin həyata keçirilməsi günün tələbidir. İlk növbədə tunellərin hermetikliyi təmin olunmalıdır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tunellərdə hermetikliyin pozulduğu nöqtələr özünü axıntılarla, süxur çıxıntıları ilə büruzə verir. Qeyd edək ki, tunel avadanlığı, yolun üstquruluşu elementləri üçün böyük təhlükə yaradan axıntılarla mübarizə Bakı metropolitenində gündəlik aparılır. Hər həftə orta hesabla 60-70 yerdə axıntı ləğv olunur və onların sayı il ərzində 4 minə çatır. Bu isə il ərzində 2000 metr uzunluğunda ərazidə axıntıların ləğvinə bərabər bir işdir. Bildirilib ki, müxtəlif diametrli tunelləri birləşdirən diafraqmaların tunellərin hermetikliyinin təmin edilməsində əhəmiyyətli rolu var. Keyfiyyətini itirmiş diafraqmalar layihə əsasında qurulmuş armatur karkasların betonla doldurulması yolu ilə gücləndirilir. 2014-cü və 2015-ci illərin hər birində 1, 2016-cı ildə isə 3 diafraqma dəmir-beton üsulu ilə gücləndirilib. Həmçinin bu müddət ərzində "Bakı Metropoliteni" QSC-nin "Bakımetrolayihə" institutunun layihəsi əsasında metropolitenin ən ağır hidrogeoloji şəraitə malik sahələrindən biri olan "Xətai-Cəfər Cabbarlı" yol mənzilində 17 metr uzunluğunda tunel keçidinin dəmir-beton tübinq təbəqəsi əsaslı təmir edilərək gücləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31