Gündəm

Milli Kitabxanada Xocalı faciəsinin 25-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

21 Fevral 2017 14:21

Fevralın 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Soyqırımı muzeyi” kitabının, “Əsrin faciəsi” filminin və kitabxana tərəfindən hazırlanmış “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı keçirilib.

İlham Əliyev: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır"

21 Fevral 2017 14:19

"Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır.

“Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib”

21 Fevral 2017 14:16

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır. Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm”.

“Mehriban xanım yüksək təşkilatçılıq keyfiyyətləri olan liderdir”

21 Fevral 2017 14:15

“Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsini cəmiyyətin gözlədiyi qərarlardan biridir”.

Komitə sədri: “Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir”

21 Fevral 2017 14:14

“Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi.

"Ankarada Turançılar Xocalı soyqırımını andılar"

21 Fevral 2017 14:12

Fevral ayının 19-dA Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “Turançılar Toplumçu Düşüncə və Tədris Dərnəyində”, “Ötükən” jurnalının Ankara şöbəsinin də dəstəyi ilə Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş anım konfransı təşkil olunub.

Gömrük rüsumundan yayınan sahibkarların adları açıqlandı

21 Fevral 2017 14:09

Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə  həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan nümayəndə heyəti İrana gedir

21 Fevral 2017 14:05

Fevralın 22-də İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə gedəcək. Bu barəd İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, bir sıra ikitərəfli görüşlər keçiriləcək, Ərdəbil və Urmiyada biznes forum təşkil ediləcək. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti istehsal müəssisələrinin fəaliyyəti ilə də tanış olacaqdır.

İqdırda yaralanan azərbaycanlıların TAM SİYAHISI

21 Fevral 2017 14:03

İğdırda baş verən dəhşətli qəzada yaralanan Azərbaycan vətəndaşlarının adları məlum olub. Qəzada yaralanan 28 nəfərdən 22-si kişi, 6-sı qadındır. Yaralılardan 26 nəfər Azərbaycan vətəndaşıdır. İğdır-Aralık yolunda iki avtobusun toqquşması nəticəsində yaralanan Azərbaycan vətəndaşları aşağıdakılardır:

Ölkədən külli miqdarda əntiq malların çıxarılmasının qarşısı alınıb

21 Fevral 2017 14:00

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postundaAzərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən "DAF" markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb.

Zahid Oruc:“Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyin olunması sosial sifariş idi”

21 Fevral 2017 13:58

Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinat alması çox mühüm siyasi hadisədir. Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, bu təyinat bundan sonrakı dönəmdə idarəçilik sisteminin möhkəmlənməsinə,  islahatların daha dinamik xarakter almasına,  xüsusən də, müxtəlif hakimiyyət  qolları arasında daha çevik əlaqələrin qurulmasına səbəb olacaq: “Doğrudur, Prezidentin həyat yoldaşı olaraq Mehriban xanım ictimai, humanitar,  mədəni  sferada böyük bir missiyanı həyata keçirirdi.

Telefonunuz hansı halda bağlana və nömrəniz satıla bilər?

21 Fevral 2017 13:57

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlayıb.

Azərbaycanda ilk dəfə olaraq uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası” hazırlanacaq  

21 Fevral 2017 13:55

“İslam Həmrəyliyi İli” ilə bağlı beynəlxalq və elmi-metodik konfransların, “dəyirmi masa”ların, silsilə tədbirlərin, müxtəlif bölgələrdə İslam həmrəyliyinə dair mühazirələrin təşkili, uşaq və yeniyetmələr üçün “İslam ensiklopediyası”nın hazırlanması və nəşri, Azərbaycandakı İslam abidələrinin fotosərgisinin təşkili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən vəzifələrdəndir. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bunu komitə sədri Mübariz Qurbanlı  müsahibəsində deyib. Bildirib ki, dünyada, xüsusən Qərbdə gündən-günə artan islamofobiya meyillərinin qarşısını almaq üçün İslam dinini olduğu kimi dünyaya çatdırmaq çox vacibdir: “Şübhəsiz ki, bu sahədə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində davamlı və ardıcıl işlər aparıb və cari ildə bu işlərin daha fərqli sferada, intensiv davam etdirilməsi bizim ən vacib məqsədimizdir”.

Prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib

21 Fevral 2017 13:54

“Gözlənildiyi kimi, Azərbaycanda ciddi islahatlar istiqamətində radikal addımların atılması davam edir. Bu dəfə prezident ölkədə turizmin inkişafı ūçūn yeni imkanlar aça biləcək qərarlar verib”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay bildirib ki, bu ilk növbədə ölkəyə giriş sərhəd-keçid məntəqələrində əcnəbilər ūçūn xūsusi sūrətli keçid şəraitinin yaradılmasıdır: “İkinci isə, keçid məntəqərində xūsusi elektron viza tətbiqi ilə əcnəbilərin ölkəyə giriş prosedurunu maksimum sadələşdirməkdir.

Sərkisyan seçkiləri saxtalaşdıracaq

21 Fevral 2017 13:52

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinə gələrək, yüksək rütbəli hərbiçilər qarşısında çıxış edib. Onun sözlərinə görə, ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı tapşırıb.