Gündəm
Birinci vitse-prezident Mehriban Əliyeva: "Prezidentin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam"
"Hörmətli cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam".
Siyasi şərhçi: “Erməni tərəfi müəyyən dividentlər əldə etməyə çalışacaq”
“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə fevral ayının 21-22 də Moskvaya səfəri başlanır. Düşünürəm ki, bu səfərdə əsasən Ermənistan-Rusiya münasibətləri ilə bərabər Dağliq Qarabağ münaqişəsinin həlli məsələsi də danışıqlar mövzusu olacaq”. Bunu siyasi şərhçi Arzu Nağıyev deyib.
“Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb
“Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikası Hökuməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Statistika Komitəsi imzalayıblar.
Gənc Tamaşaçılar Teatrı növbəti səfərlərə hazırlaşır...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrları ilə yeni qarşılıqlı yaradıcılıq əlaqələrinin genişlənməsinə və daha da inkişaf etdirilməsinə böyük önəm verir. Teatrdan “Olaylar” – a bildirilir ki, xarici ölkə teatrları rəhbərlikləri və Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərinin arasında aparılan danışıqlar nəticəsində bu ilin aprel ayının 6-9 tarixlərində Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) kollektivi Azərbaycana səfər edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq və məktəblilərə “Жили-были” (O.Rozum) tamaşasını nümayiş etdirəcəklər.
“Şəhid Şəhər”
Xətai Sənət Mərkəzində Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş uşaq – rəsm sərgisi keçiriləcək. Mərkəzdən “Olaylar” – a bildirilir ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və “Xətai” Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Millət vəkili Oğuz Bilik evində
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə görüş keçirilib.
Davud bəy Şərifov haqqında kitab-albom nəşr olundu
Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub. Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdu.
Bu il Azərbaycanda baş verən ana ölümlərinin sayı və səbəbləri açıqlanıb
Bu il Azərbaycanda baş verən ana ölümlərinin sayı və səbəbləri açıqlanıb. Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, yanvar ayının 1-dən bu günə qədər ölkədə 4 ana ölümü qeydə alınıb. Ana ölümləri Tovuz, Goranboy, Ağcabədi rayonları və Bakının Qala qəsəbəsində baş verib.
Səhiyyə Nazirliyi: Dönərxanadakı partlayışda xəsarət alanların hamısı evə buraxılıb
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır. Onların heç birinin həyatı üçün təhlükə olmayıb. Xəsarət alanlar Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdilər.
Cavid Qurbanov: “Mehriban xanım Nazirlər Kabinetinin yükünü üzərinə götürmüşdü”- BU TƏYİNAT SADƏ İNSANLARIN ÜRƏYİNCƏ OLDU
“Mehriban xanımın birinci vitse-prezident təyin olunması sosial sifariş olduğundan gözlənilən idi. Azərbaycan prezidenti öz qərarlarında və seçimlərində hər zaman dövlətin, millətin gələcəyini, çıxarlarını düşünür. Bu baxımdan, Mehriban xanım Əliyevanın bu posta təyinatından məmnunam”. Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı cavid Qurbanovsöyləyib. Onun sözlərinə görə, ölkə rəhbərinin bu təyinatı həm də sadə insanların ürəyincə olub: “Mehriban xanım, sadə insanların ümid yeri olub. Mən deyərdim ki, o, əksər vaxtlar nazirlər Kabinetinin işini üzərinə götürüb. Bəzən hansısa probleminə görə, aidiyyatı qurumlar qapısında qalan insan öz köməkliyini ondan görüb. O, birinci vitse-prezident kimi görəcəyi işləri indiyədək də görürdü. Sadəcə onun bu statusunu Cənab Prezident rəsmiləşdirdi”.
Bakıda dönərxana PARTLADI- YENİLƏNİB
Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.
Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
"KFC"də çipsin içindən elə şey çıxdı ki... - FOTO
Kordon şəhərindəki KFC-də oğlu və qohumu ilə birlikdə axşam yeməyi yeyən 49 yaşlı kişi iddia edir ki, o, çips yediyi əsnada qabın içindən uşaq dişi çıxıb.
Ermənistanın Azərbaycana vurduğu zərərin yekun məbləği açıqlandı - CƏDVƏL
Ermənistanın Azərbaycana vurduğu zərərin yekun məbləği açıqlanıb. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan Trend-ə verilən məlumata görə, qrup tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən, Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir.
“Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirildi”
“Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi çox yaxşı haldır. Bu xəbəri çox xoş qarşıladım”. Bunu deyən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib: “Bundan sonra da belə olacaq.



.jpg)










