Davud bəy Şərifov haqqında kitab-albom nəşr olundu
Görkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub. Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdu.
21 Fevral 2017 14:55 MədəniyyətGörkəmli alim Davud bəy Şərifov haqqında kitab-albom nəşr olunub. Kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifləri - Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə, Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədovdu.
Milli Azərbaycan Tarixi Muzeyindən "Olaylar" -a bildirilir ki, kitab-albom Azərbaycan elminin arxeologiya, etnoqrafiya və coğrafiya sahələrinin inkişafına, eləcə də maddi və mənəvi mədəniyyətimizin öyrənilməsinə böyük töhfələr vermiş görkəmli alim Davud bəy Şərifovun anadan olmasının 130-cu ildönümünə həsr olunub. Davud bəy Şərifovun ən böyük xidmətlərindən biri XX əsrin 20-ci illərində Azərbaycanda muzey işinin təşəkkülü və inkişafına verdiyi dəstəkdi.