Gündəm

Ermənistanın “referendum” şousu fiaskoya uğradı

21 Fevral 2017 15:56

Azərbaycanın siyasi, hərbi və diplomatik uğurlarından yuxusu ərşə çəkilən Ermənistanın ölkəmizə qarşı təxribat əməlləri davam etməkdədir. Bu dəfə ermənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ ərazisində “konstitusiya referendumu” keçirməklə diqqəti özlrinə çəlb etməyə çalışdılar. Ancaq nəinki istəklərinə nail olmadılar, hətta dünya dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların qınağına tuş gəldilər. Daha dəqiq, Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir məqamda Ermənistan bu addımı ilə qeyri-ciddi dövlət olduğunu bir daha təsdiq etdi.

Penitensiar sahənin təkmilləşdirilməsi üçün mərhələli islahatların davamı

21 Fevral 2017 15:52

Azərbaycan artıq bir neçə aydır ki, yeni islahatlar mərhələsinə qədəm qoyub. Demək olar ki, həyatın bütün sahələrini əhatə edən bu islahatların kökündə, ana xəttində isə Azərbaycan vətəndaşının rifah halında yaşaması, mövcud problemlərin həll edilməsi, eyni zamanda idarəetmə sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının ən üst səviyyədə qorunması durur. Elə bir neçə gün əvvəl Azəzrbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı Sərəncam da məhz bu məqsədlərdən birinə, insan hüquqlarının ən üst səviyyədə qorunmasına xidmət edir.

Ekspert: "Azərbaycanın irəli sürdüyü enerji layihələri ölkəni böyük qaz ehtiyatı olan dövlətə çevirəcək"

21 Fevral 2017 15:40

Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri ölkəni böyük qaz ehtiyatlarına malik dövlətə çevirəcək. Bu sözləri  iqtisadçı ekspert Rüfət Quliyev deyib.

Nahid Bağırov: “Sərəncamda nəzərdə tutulan tədbirlər Azərbaycana turist axınını çoxaldacaq”

21 Fevral 2017 15:38

“Dövlət başçımızın turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək. Turizm sektoru bu Sərəncamı çoxdan gözləyirdi”. Bunu Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

21 Fevral 2017 15:36

Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst, heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir, Bu tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Bu ölkədə bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir.

BP ötən il Azərbaycanda gündəlik hasilatı 4 min barel artırıb, məsrəflərini 707 mln. dollar azaldıb

21 Fevral 2017 15:35

2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub

21 Fevral 2017 15:34

Türkiyənin TRT 1 telekanalının Azərbaycanda yerüstü rəqəmli yayımı ilə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) və TİKA arasında razılıq əldə olunub. MTRŞ-nın Texniki nəzarət şöbəsinin müdiri, professor İsa Məmmədov  bildirib ki, analoq yayımla bağlı müqavilə olduğu üçün yeni müqavilənin bağlanmasına ehtiyac qalmayıb.

Novruz Məmmədov: "Hamı birinci vitse-prezident vəzifəsində məhz Mehriban Əliyevanı görürdü"

21 Fevral 2017 15:32

”Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü”. Bunu Prezident Administrasiyasırəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “facebook” səhifəsində yazıb. “Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”, - deyə o qeyd edib. 

Məhkəmədə MTN generalının məcburi müalicəyə göndərilməsi barədə vəsatət verilib

21 Fevral 2017 15:30

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hicabdan imtina etdiyinə görə dünya çempionunun başına OYUN AÇDILAR

21 Fevral 2017 15:25

Dünya çempionu hicabdan imtina etdiyinə görə İran yığmasından çıxarılıb. 18 yaşlı iran şahmatçısı Dorsa Derekşani Cəbəllütariqdə keçirilən turnirdə islam respublikasında qadınlar üçün məcburi olan qaydaları pozub. Belə ki, Derekşani yarışlarda hicab taxmadan iştirak edib. Buna görə də şahmatçını İran yığmasının tərkibindən çıxarmağa qərar veriblər. Həmçinin onun 15 yaşlı qardaşı Borna Mirakşani də milli komandandan ömürlük kənarlaşdırılıb.

Nüsrət Məmmədov Mehriban Əliyevanı təbrik etdi

21 Fevral 2017 15:18

Əziz və hörmətli Mehriban xanım, sizi Azərbaycan Respublikasının birinci vitse - Prezidenti təyin olunmağınız münasibəti ilə ürəkdən təbrik edirəm. İnanıram ki sizin təyinatınız Azərbaycanımızın inkişafına daha da təkan verəcək, babalarımızdan miras qalan Azərbaycanımız çiçəklənəcək. Mən də bir fond rəhbəri olaraq sizə qırğız dilinə tərcümə etdirib nəşr etdiyimiz Mir Cəlalın “Seçilmiş əsərlərinin” üçcildliyini hədiyyə etmək istəyirəm. İstəyirəm ki iş otağınızda özünə yer tapacaq üçcildlikdən gələn Mir Cəlal ruhu həmişə sizi qorusun.

Küləkli hava

21 Fevral 2017 15:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Azyaşlılar arasında siqaret çəkənlərin sayı artıb

21 Fevral 2017 15:09

Dünyada siqaretin insan orqanizminə ziyanı barədə kifayət qədər sosial roliklərin hazırlanmasına baxmayaraq bu zərərli vərdişə aludə olanların sayını azlatmaq müşkül məsələyə çevrilib. Daha acınacaqlı məslə ondan ibarətdir ki, siqaretə aludə olanlar sırasında azyaşlı uşaqlar və qadınların sayı getdikcə artmaqdadır. Eyni vəziyyət Azərbaycandan da yan keçməyib.

Özbəkistan portalı Sumqayıt hadisələrindən yazır

21 Fevral 2017 15:07

Özbəkistanın tnews.uz portalı Sumqayıt hadisələri ilə bağlı rus dilində “Sumqayıt hadisələri azərbaycanlılar tərəfindən törədilməyib” sərlövhəli geniş material yayıb.