Gündəm
Əvəz Qocayev: “Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi ölkəmizin gələcəyi üçün mühüm addımdır”
“Heydər Əliyev Fondunun prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dövlət başçısının sərəncamı ilə birinci vitse-prezident təyin edilməsi ölkəmizin gələcəyi üçün mühüm addımdır”.
Azərbaycanlı məhkum nəzarətçini boğmaq istədi
Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib.
Deputat: Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi ikili standartların eybəcər nümunəsidir
Azərbaycan torpaqlarının 20%-ni işğal edən, ərazilərin boşaldılmasına dair qəbul edilən beynəlxalq sənədləri icra etməyən Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi dünya siyasətində ikili standartların eybəcər nümunəsidir. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında söylədiyi fikirlər gerçəkliyi əks etdirir: "Bu ikili standartlar məsələnin həlli ilə məşğul olan ölkələrə qətiyyən hörmət gətirmir. Onlar təcavüzkar və təcavüzə məruz qalan arasında fərqi görməlidirlər".
Politoloq: “Ermənilər hər çirkin əmələ görə cavab verəcəklər”
“Xocalıda xalqımıza qarşı baş vermiş soyqırım sözsüz ki, XX əsrin ən böyük faciələrindən biridir. Əfsuslar olsun ki, ötən əsr ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğın və soyqırımlar dünya ictimaiyyəti tərəfindən gözardına vurulub”. Bunu politoloq Zaur Məmmədov deyib.
Təqsirləndirilən: “Ziya Məmmədovun sabiq müşavirinin 1 milyard dollarlıq əmlakı var”
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bilik Fondunda hüquqi maarifləndirmə tədbirləri
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin növbəti iclası keçirilib. Fonddan “Olaylar” – a bildirilir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iclasda iştirak edən alimləri salamlayaraq, Hüquqi maarifləndirmə sahəsində aparılan işlərdə fəallıq göstərdiklərinə görə onlara minnətdarlığını bildirib.
Beynəlxalq Ana Dili Günü qeyd edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirovun təşəbbüsü ilə 21 Fevral Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, rayonun digər məktəblərinin təmsilçiləri, yerli ziyalılar və faəl gənclər, Rayon Ağsaqqallar Şurasının üzvləri də iştirak ediblər.
Mehriban Əliyevanın birinci vitse-prezdenti təyin olunması ölkə başçısının apardığı iqtisadi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcək
Heydər Əliyev Fondunun prezdenti, İSESKO - YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birinci vitse-prezdent təyin olunmasını alqışlayıram”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açlqlama ilə millət vəkili Azər Badamov çıxış edib.
ATƏT PA-nın qış sessiyası başlayır
ATƏT Parlament Assambleyasının qış sessiyası 23-24 fevral tarixlərində Avstriya paytaxtı Vyana şəhərində keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı millət vəkili Tahir Mirkişili verib. O, bildirib ki, Azərbaycan nümayəndə heyəti qış sessiyasında iştirak etmək üçün Vyanaya yola düşəcək: “Sessiyada ilk olaraq Daimi Komitəsinin iclasında ATƏT PA-nın əsasnaməsinə əlavə və dəyişikliklərin olması müzakirə olunacaq.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Miqrasiya Xiudmətində olub
Dövlət Miqrasiya Xidmətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmət ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb.
Cocuq Mərcanlıya gedən yolun yenidən qurulmasına start verilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki,hazırda sözügedən yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir. Ümumi uzunluğu 9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır. 5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq. Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Müəllim və valideynlər qəbul ediləcək
Fevralın 24-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın məlumatına görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Rüfət Quliyev: “Mehriban Əliyeva bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir”
“Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunmasını çox təqdirəlayiq hesab edirəm. Çünki Mehriban xanım Əliyeva siyasət aləmində tanınılan, öz dəst-xətti olan bir şəxsiyyətdir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirkləri Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq Komitəsinin üzvü, professor Rüfət Quliyev səsləndirib. O, bildirib ki, Mehriban xanım Əliyeva uzun illərdir ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, bir çox taleyüklü təşəbbüslərin müəllifi, xalqımızın sevimlisidir: “Düşünürəm ki, bundan sonra onun fəaliyyət dairəsi daha da genişlənəcək, görəcəyi xeyirxah işlərin miqyası böyüyəcək, hər sahədə xalqımızın ümidlərini ləyaqətlə doğruldacaq və ölkəmizin ictimai-siyasi həyatına da sanballı töhfələr verəcək. Mehriban xanımı öz adımdan və 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçiciləri adından ürəkdən təbrik edirəm“.
Səməd Vurğundan xatirələr
Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə də ədəbiyyat xiridarlarına yaxşı tanışdı. O, Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı olub. Şairin uşaqlıq və gənclik illəri gözləri önündə keçib. Mehdixan Vəkilov Səməd Vurğunun 50 illik ömür yolunda keçib gəldiyi hər bir cığırda əlindən tutub, həssas bələdçisi olub. Onun taleyinin ən həssas çağlarını həyəcanla, nigarançılıqla izləyib, köməyini əsirgəməyib, çətin və sarsıntılı məqamlarda əsil qardaş kimi fədakarlıq edib. 13-14 yaşlarından Səməd üçün həm böyük qardaş, həm də ata - ana əvəzi olan Mehdixan Vəkilov keşməkeşli bir gənclik dövrü keçirən qardaşına arxa, dayaq olub. Mehdixan müəllim xatirələrində belə yazır: "Müasirləri yaxşı bilirləri ki, mən Səməd Vurğunun başına dolanan pərvanə olmuşam. Hər vasitə ilə onu həyat yoluna, yaradıcılığın geniş xiyabanına salmağa çalışmışam. Subyektiv hiss və duyğulardan doğan hərəkətlərdən əl çəkməsi, "Dəli Səməd", "Dəli şair" yolundan çıxması, şəxsi məhəbbətdən daha güclü romantikaya malik yeni həyatı tərənnüm etməsi üçün çox yalvarmış, çox məktublar yazmışam". Bu sözlər Mehdixan Vəkilovun "Ömür dedikləri bir karvan yolu" kitabındandı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artır
Bu günlərdə Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın üçün də bir sıra müsbət məqamları ilə yadda qaldı. Bu məqamlar həm siyasi, həm iqtisadi, həm də enerji resurlarına olan beynəlxalq maraq baxımından özünü büruzə verdi. Konfrans çərçivəsində keçirilən ayrı-ayrı görüşlərdə, dəyirmi masalarda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev hər bir görüşdə əsas fikri Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasətinə yönəldərək ölkəmizin rəsmi mövqeyini, ərazi bütövlüyümüzün pozulması faktı ilə heç vaxt barışmayacağımızı bir daha dünyanın diqqətinə çatdırdı.














