BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Miqrasiya Xiudmətində olub
Dövlət Miqrasiya Xidmətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmət ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb.
21 Fevral 2017 16:07 SosialDövlət Miqrasiya Xidmətində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Furio De Angelis ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Xidmət ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında qurulan sıx əməkdaşlıq əlaqələrinin inkişafı və bir sıra layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti barədə danışıb. Xidmət rəisi Azərbaycan Respublikasının qoşulduğu BMT QAK-ın "10 ilə vətəndaşsızlığa son" kampaniyası çərçivəsində əldə edilən nailiyyətlərə toxunub, BMT Baş Assambleyasında "Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması" mövzusunda yüksək səviyyəli görüşdə, o cümlədən "Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol" adlı dəyirmi masada Azərbaycan nümayəndə heyətinin fəal iştirakının qurumlar arasında güclənən səmərəli əməkdaşlığın göstəricisi olduğunu bildirib. Miqrasiya məsələsinin həm də hər bir dövlətin milli təhlükəsizliyi baxımından ciddi məsələ olduğunu qeyd edən Xidmət rəisi əlavə edib ki, bu gün sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə respublikada diqqət və qayğı göstərilir, onların hüquq və azadlıqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu fakt müharibə şəraitində olan Azərbaycan dövlətinin nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin də hüquqlarının qorunmasına həssas yanaşdığını və bunu təmin etməyə qadir olduğunun nümunəsidir.
Furio De Angelis sığınacaq axtaran, qaçqın statusu almaq məqsədilə pənah gətirən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirib, onların hüquqlarının müdafiəsi istqamətində Dövlət Miqrasiya Xidməti ilə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.