Gündəm
“Dəhliz” filminin təqdimatı keçirilib
Fevralın 21-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımına həsr olunmuş “Dəhliz” filminin təqdimatı keçirilib. Tədbirdə Xocalı faciəsi zamanı, eləcə də Azərbaycanın ərazi bütövlüyü naminə canını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məhəmməd Hadinin gizlicə tərk etdiyi ev – Abdulla Şaiqin mənzil muzeyindən reportaj
Rəsulzadə bələdiyyəsi Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbir keçirilib
Məmməd Əmin Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar sektor”un təşkilatçılığı ilə 30 saylı məktəbdə Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Leyli Tahirova, İctimai-humanitar sektorun rəhbəri Günel Vahabzadə, 30 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edib. 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur.
Ailə dəyərlərinin dini radikalizmlə mübarizədə rolu müzakirə edilib
Masallı rayonu Çaxırlı kənd məscidi dini icması tərəfindən Çaxırlı kənd tam orta məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Dini radikalizmlə mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.
Özbəkistan portalları Qarabağda keçirilən qondarma “referendum”u qanunazidd adlandırıblar
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bu ölkənin ziyouz.uz, 1news.uz və sharh.uz portalları Dağlıq Qarabağda keçirilən “referendum”un qanuna zidd olması haqqında özbək dillində materiallar yayıb.
YAP: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi yerində və zamanında atılmış addımdır
"Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi gözlənilən idi. Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək. Onun işinə hər kəs bələddir. Bu, Azərbaycanın bir uğurudur".
Lev Spivak: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması indiyədək öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır"
Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür. Bunu “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.
Ekspert: “Erməni hoqqabazlığına dəstək verən olmadı”
“Ermənistan "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "konstitusiya referendumu" adlı tamaşa ilə daha bir sapalaq almış oldu. Özləri də gördülər ki, dövlət kimi ciddi imici olan bir dənə ölkə də bu qondarma və gülüş doğuran növbəti erməni hoqqabazlığına dəstək verən olmadı və ola da bilməzdi. O üç-beş nəfər Boliviyadan, nə bilim Abxaziyadan və daha hansısa separatçı qurumlardan gələnlər də, əksinə özlərinə əlavə problem yaratmış oldular”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Millət vəkili: “Azərbaycanın idarəçilik sistemində tamamilə yeni bir mərhələnin əsası qoyulub”
"Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalanması çox əlamətdar və tarixi hadisədir". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
TV-lərin “intellektual problemləri”: bəsit suallar, tamaşaçıya inamsızlıq
Papaq- Ləman Ələşrəfqızı yazır
Folklor Institutunun Novruz bayramında qapıya papaq atmağı milli mentalitetə zidd hesab etməsi hamı kimi mənim də dodağımı qaçırtdı.
AMEA Naxçıvan bölməsində Xocalı facisəsinin qurbanları anılıb
Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər. Akademiyadan “Olaylar” – a bildirilir ki, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da sərgilənən eksponatlar arasında nümayiş etdirilir.
Muzeydə seminar
Milli Azərbaycan Tarix Muzeyində “Dünya və Azərbaycan tarixinin öyrənilməsinin gənclərin maariflənməsində rolu” layihəsi çərçivəsində seminar keçiriləcək. Muzeydən “Olaylar” – a bildirilir ki, keçiriləcək seminarın adı: “Misir-Azərbaycan multikultural əlaqələri tarixindən” olacaq. Seminarda nəzərdə tutulmuş auditoriya şagird və tələbələrdi.
Paytaxt məktəblərində Beynəlxalq Ana dili Günü qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana dili Günü ilə əlaqədar tədbirlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, paytaxt məktəblərində “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim”, “Dilimiz qeyrətimiz” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar təşkil edilib.
“Azəravtoyol” KİV-ləri təltif etdi
Bu gün “Azəravtoyol” Açıq Tipli Səhmdar Cəmiyyətində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə media nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Səhmdar Cəmiyyətin sədr müavini Əvəz Qocayev əvvəlcə təmsil etdiyi qurumun tarixi barədə qısaca məlumat verib.














