Gündəm
Sergey Markov: "Yeni təyinat Azərbaycanda siyasi stabilliyi möhkəmləndirəcək"
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Qənirə Paşayeva:"Mehriban xanım Əliyeva Birinci vitse-prezident postuna ən layiqli namizəd idi"
“Mehriban xanım Əliyeva Birinci vitse-prezident postuna ən layiqli namizəd idi”. Bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib: “Azərbaycanı ölkəmiz daxilində və xaricdə yüksək səviyyədə təmsil edən dəyərli bir Azərbaycan qadınının o vəzifəyə təyin edilməsi qadınlar olaraq bizi sevindirir. İnanırıq ki, Mehriban xanım bu günə qədər ölkəmiz üçün gördüyü böyük işləri bu vəzifədə daha da böyük uğurlarla davam etdirəcək. Onu təbrik edirik və daha da böyük uğurlar diləyirik!”
İndoneziyanın nümayəndə heyəti ADU-nun tələbələri ilə görüşüb
Fevralın 21-də İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bəy Fənani və İndoneziya Xalq Nümayəndələr Palatasının üzvü Meutya Viada Hafidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.
Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
Bakı Nəqliyyat Agentliyi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Xablar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, söhbət, “Lökbatan” dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasından gedir. Mərkəzin yaradılmasında məqsəd, paytaxtin cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır.
Serbiya ilə hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.
Antenatal qulluğun səviyyəsidaha da artır
21 fevral tarixində Respublika Perinatal Mərkəzində KİV nümayəndələrinin iştirakı ilə antenatal qulluğun təşkili mövzusuna həsr edilmiş tədbir keçirildi. Tədbirdə antenatal qulluğun hazırkı səviyyəsi və əldə olunan nailiyyətlər haqda iştirakçılara məlumat verildi. Hazırda hamilə qadınlara ərazi tibb müəssisələrində, qadın məsləhətxanalarında və digər müəssisələrdə yüksək səviyyədə zəruri müayinə və müalicə xidmətləri təqdim edilir. Eyni zamanda tədbirdə, antenatal qulluqun qadın məsləhətxanalarında göstərildiyi, hamiləliyin analar üçün çox həssas bir dövr olduğu və bu dövrdə onlara xüsusi nəzarətin tələb olunduğu vurğulandı. Hər bir hamilə qadın ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməli, mütəmadi olaraq həkim müayinəsindən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha dolğun müayinə və müalicə məqsədi ilə göndərişlə hospitalizə oluna bilər.
AzTU-nun tələbələri üçün "Mövlanə Mübadilə" Proqramının təqdimatı keçirilib
Azərbaycan Texniki Universitetinin tələbələri üçün "Mövlanə Mübadilə” Proqramının təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə iştirak edən AzTU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Natiq Əhmədov çıxış edərək layihə haqqında ətraflı məlumat verib və tələbələri bu layihədə iştirak etməyə dəvət ediblər. Natiq Əhmədov bildirib ki, AzTU bu layihə çərçivəsində Türkiyənin bir çox nüfuzlu ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Qeyd olunub ki, layihə çərçivəsində hazırda AzTU-nun tələbələri Türkiyənin müxtəlif universitetlərində təhsillərini davam etdirirlər. Daha sonra “Mövlanə Mübadilə” Proqramı çərçivəsində AzTU-da və Türkiyədə təhsil alan gənclər öz təəssüratlarını tələbələrlə bölüşüb və təhsil aldıqları ali məktəblərin fərqli tədris metodikasından, onlara yaradılan şəraitdən söz açıblar.
“Narkomaniyaya qarşı mübarizə və dini radikalizm” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə və dini radikalizm” mövzusunda Bərdə rayonu 8 saylı orta məktəbdə tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə RPŞ-nin rəisi polis polkovnik-leytenantı İlqar Məmmədov və şöbənin əməkdaşları, Bərdə şəhər “Cümə” məscid axundunun müavini Elçin Əliyev, 8 saylı orta məktəbin direktoru Qəmbər Ağayev, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Deputat: “Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”
“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi çox yaxşı və olduqca təqdirəlayiq haldır. Bütün Azərbaycan xalqı kimi, mən də bu xəbəri çox xoş və böyük sevinclə qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”. Bunu deyənmillət vəkili Eldəniz Səlimovun sözlərinə görə, Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, o cümlədən, mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub: “ Mehriban xanım Əliyeva həmçinin, Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib.
Azərbayvanda demokratik cəmiyyətlərə xas olan institutlar formalaşıb
Azərbaycanda söz, fikir və məlumat azadlığının qorunması, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsi daim diqqət mərkəzində saxlanır. Məlum olduğu kimi ölkədə söz və fikir azadlığının təmin olunmasında başlıca şərtlərdən biri müstəqil medianın olmasıdır.
İlhamə Quliyevanın oğlu ilə bacısı arasında yas qalmaqalı: "Şou yaratma" - YENİLƏNİB
Xalq artisti İlhamə Quliyevanın il mərasimi yaxınlaşır. Sağlığında az qala bütün davranışları ilə seçilən, tez-tez mübahisələrə, söz-söhbətlərə qoşulan sənətçinin bu yaxınlarda baş tutacaq yası da müzakirələrə yol açıb.
Rauf Əliyev: "Mehriban Əliyeva bu vəzifə üçün ən layiqli namizəd idi"
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması Azərbaycanın milli və dövlət maraqlarına tamamilə cavab verir.
Bahar Muradova: Mehriban Əliyeva dövlətə xidmətin yeni bir nümunəsini ortaya qoyacaq
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq.
KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik "rəhbərini" öldürüb
İŞİD terror qruplaşmasının təhlükəsizlik "rəhbəri" çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.
“Elçibəyi vahid namizəd olmağa qoymadılar”
Azərbaycanın mərhum prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin keçmiş müşaviri, yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb. Yunus Oğuzla ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq. Müsahibədə həmçinin son günlərdə Əbülfəz Elçibəy ətrafında yaradılmış polemikaya da toxunulub. Cebhe.info müsahibəni təqdim edir.














