KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik "rəhbərini" öldürüb

İŞİD terror qruplaşmasının təhlükəsizlik "rəhbəri" çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.

İŞİD terror qruplaşmasının təhlükəsizlik "rəhbəri" çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb. "As-Sumariya" telekanalının məlumatına görə, Əbu Abdalla adlı silahlı səhər saatlarında aeroportun əsas girişində iki köməkçisi ilə birlikdə qətlə yetirilib. Terrorçulara havadan pilotsuz uçan aparat zərbə endirib.

Qeyd edək ki, beynəlxalq hava limanı hələ də terrorçular tərəfindən idarə olunan Mosulun qərb hissəsində yerləşir. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31