Antenatal qulluğun səviyyəsidaha da artır

21 fevral  tarixində Respublika Perinatal Mərkəzində KİV nümayəndələrinin iştirakı ilə antenatal qulluğun təşkili mövzusuna həsr edilmiş tədbir keçirildi. Tədbirdə antenatal qulluğun hazırkı səviyyəsi və əldə olunan nailiyyətlər haqda iştirakçılara məlumat verildi. Hazırda hamilə qadınlara ərazi tibb müəssisələrində, qadın məsləhətxanalarında və digər müəssisələrdə yüksək səviyyədə zəruri müayinə və müalicə xidmətləri təqdim edilir. Eyni zamanda tədbirdə, antenatal qulluqun qadın məsləhətxanalarında göstərildiyi, hamiləliyin analar üçün çox həssas bir dövr olduğu və bu dövrdə onlara xüsusi nəzarətin tələb olunduğu vurğulandı. Hər bir hamilə qadın  ilk gündən qadın məsləhətxanasında qeydiyyata düşməli, mütəmadi olaraq həkim müayinəsindən keçməlidir. Hər bir normal hamiləlikdə antenatal qulluq 7 gəlişdən ibarətdir. Lakin müayinələr zamanı hər hansı bir patologiya aşkarlanarsa, həkim müvafiq stasionara daha dolğun müayinə və müalicə məqsədi ilə göndərişlə hospitalizə oluna bilər.

Qeyd edək ki, bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında olması məqsədəuyğundur. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində gəlişi tövsiyə olunur

Tədbirdə son illərdə erkən nikahların sayının azalması mövzusuna da toxunuldu. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ilk hamiləlik 18-25 yaş arasında olmalıdı. Məhz bu yaş dövründə gənc analar mövcud problemləri daha az yaşayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31