AMEA Naxçıvan bölməsində Xocalı facisəsinin qurbanları anılıb

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər. Akademiyadan “Olaylar” – a bildirilir ki, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da sərgilənən eksponatlar arasında nümayiş etdirilir.

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan şəhərindəki Xatirə Muzeyini ziyarət ediblər. Akademiyadan "Olaylar" - a bildirilir ki, gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan bu muzeydə 1905-1907, 1918-1920, 1941-1945, 1948-1953 və 1988-1994-cü illərə aid eksponatlar öz əksini tapır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı Azərbaycanın hər bir yerində olduğu kimi, onun ayrılmaz tərkib hissəsi Naxçıvan şəhərində də minlərlə günahsız insanın erməni vandalizminin qurbanına çevrilmişdir ki, bütün bunlarla bağlı məlumatlar da sərgilənən eksponatlar arasında nümayiş etdirilir.

Qeyd edək ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına aid eksponatlar da muzeydə ayrıca bölmədə nümayiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31