“Azəravtoyol” KİV-ləri təltif etdi
Bu gün “Azəravtoyol” Açıq Tipli Səhmdar Cəmiyyətində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə media nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Səhmdar Cəmiyyətin sədr müavini Əvəz Qocayev əvvəlcə təmsil etdiyi qurumun tarixi barədə qısaca məlumat verib.
21 Fevral 2017 16:39 SosialBu gün "Azəravtoyol" Açıq Tipli Səhmdar Cəmiyyətində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə media nümayəndələri ilə görüş keçirilib. Görüşdə çıxış edən Səhmdar Cəmiyyətin sədr müavini Əvəz Qocayev əvvəlcə təmsil etdiyi qurumun tarixi barədə qısaca məlumat verib. Bildirib ki, yol təsərrüfatı işçiləri müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərib. Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 09 mart 2016-cı ildə əmzaladığı fərmanla isə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Əvəz Qocayev qeyd edib ki, Səhmdar Cəmiyyət hər zaman dövlət başçısının onlara göstərdiyi etimadı doğrultmağa çalışır. Əvəz Qocayevin sözlərinə görə, son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan verib. Respublikada yol infrastrukturu da daxil olmaqla ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir: "Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. "Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir" - ulu öndərin bu sözləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır". Əvəz Qocayev peşə bayramı ərəfəsində də yol təsərrüfatı işçilərinin dövlət qayğısı ilə əhatələndiyini və prezidentin sərəncamı ilə "Azəravtoyol" ASC-nin bir qrup əməkdaşının təltif edildiyini diqqətə çatdırıb. Sədr müavini dövlət başçısının bu sərəncamının onlarda ikiqat bayram sevinci yaşatdığını söyləyib. Təmsil etdiyi qurumun KİV-lərlə münasibətləri barədə də danışan Əvəz Qocayev deyib ki, "Azəravtoyol" hər zaman media üçün açıq olub və onlarla əməkdaşlığa maraq göstərib: "Çünki media vasitələri bizim gördüyümüz işləri cəmiyyətə çatdırır. Həmçinin mövcud problemləri obyektiv şəkildə işıqlandırmaqla həmin problemlərin aradan qaldırılmasında bizə yardımçı olur. Ona görə də həmişə olduğu kimi bundan sonra da Səhmdar Cəmiyyət olaraq KİV-lərlə yaxından əməkdaşlıq etməyə maraq göstərəcəyik". Əvəz Qocayev Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə Cəbrayıl rayonunun işöaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan işlər barədə məlumat verib. Bildirib ki, dövlət başçısının sərəncamına uyğun olaraq artıq fəaliyyətə başlanılıb və Cocuq Mərcanlı kəndində Səhmdar Cəmiyyətin səyyar idarəsi yaradılıb. Yaxın vaxtlarda isə kənddə bina və zavod tikiləcək. Əvəz Qocayev qeyd edib ki, tezliklə bu istiqamətdə işlər daha da sürətlənəcək. Səhmdar Cəmiyyətin sədri deyib ki, Cocuq Mərcanlı Qarabağa qayıdışın açarıdır.
Sonda "Azəravtoyol" Açıq Tipli Səhmdar Cəmiyyəti ilə səmərli əməkdaşlıq etdiyinə görə bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri diplomla təltif edilib. Təltif edilənlər arasında "OLAYLAR" da yer alıb.
Süleyman İsmayılbəyli