Azərbaycanlı məhkum nəzarətçini boğmaq istədi
Başqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib.
21 Fevral 2017 16:26 KriminalBaşqırdıstanda, Meleuz şəhərində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus həbsxana əməkdaşına fiziki xəsarət yetirib. Hadisə nizam-intizam qaydalarını pozan azərbaycanlı məhbusun cərimə "izolyator"una qoşulması səbəbindən baş verib. Məhbus qəfildən onu "izolyator"a qoşan həbsxana nəzarətçisinə hücum edərək boğmağa başlayıb. Adı açıqlanmayan məhbusun həbsxanada 9 il, 10 ay müddətlə cəza çəkdiyi məlumdur. Başqırdıstanın Ali Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, bu fakt Rusiyanın islahedici sistemində görünməmiş hadisədir. Hazırda fakt üzrə araşdırma aparılır. Təhqiqatın nəticəsinə görə qərar qəbul ediləcək. Virtualaz.org