Mehriban Əliyevanın birinci vitse-prezdenti təyin olunması ölkə başçısının apardığı iqtisadi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcək
Heydər Əliyev Fondunun prezdenti, İSESKO - YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birinci vitse-prezdent təyin olunmasını alqışlayıram”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açlqlama ilə millət vəkili Azər Badamov çıxış edib.
21 Fevral 2017 16:08 SiyasətHeydər Əliyev Fondunun prezdenti, İSESKO - YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birinci vitse-prezdent təyin olunmasını alqışlayıram". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açlqlama ilə millət vəkili Azər Badamov çıxış edib. O, bildirib ki, sözügedən təyinat Azərbaycanın inkişaf tempini daha da gücləndirəcək: "Azərbaycannın taleyyüklü məsələlərinin həllində, mədəniyyətimizin inkişafında və beynəlxalq arenalarda təbliğində, xeyriyyə işlərinin həyata keçirilməsində əvəzsiz fəaliyyəti olan və ehtiyacı olan insanlara bir ümüd qapısı olmuş Heydər Əliyev Fondunun prezdenti, İSESKO - YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın birinci vitse-prezdenti təyin olunması ölkə başçısının apardığı iqtisadi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcək. Bu məsuliyyətli işdə Mehriban xanıma can sağlığı və uğurlar arzulayıram".