Ermənistanın “referendum” şousu fiaskoya uğradı
Azərbaycanın siyasi, hərbi və diplomatik uğurlarından yuxusu ərşə çəkilən Ermənistanın ölkəmizə qarşı təxribat əməlləri davam etməkdədir. Bu dəfə ermənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ ərazisində “konstitusiya referendumu” keçirməklə diqqəti özlrinə çəlb etməyə çalışdılar. Ancaq nəinki istəklərinə nail olmadılar, hətta dünya dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların qınağına tuş gəldilər. Daha dəqiq, Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir məqamda Ermənistan bu addımı ilə qeyri-ciddi dövlət olduğunu bir daha təsdiq etdi.
21 Fevral 2017 15:56 SiyasətPrezident: "Dağlıq Qarabağ rejimi"nin keçirdiyi "referendum" heç bir ölkə tərəfindən tanına bilməz"
Azərbaycanın siyasi, hərbi və diplomatik uğurlarından yuxusu ərşə çəkilən Ermənistanın ölkəmizə qarşı təxribat əməlləri davam etməkdədir. Bu dəfə ermənilər işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ ərazisində "konstitusiya referendumu" keçirməklə diqqəti özlrinə çəlb etməyə çalışdılar. Ancaq nəinki istəklərinə nail olmadılar, hətta dünya dövlətlərinin, eləcə də beynəlxalq təşkilatların qınağına tuş gəldilər. Daha dəqiq, Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir məqamda Ermənistan bu addımı ilə qeyri-ciddi dövlət olduğunu bir daha təsdiq etdi. Məsələ orasındadır ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı, ikiüzlü, təxribatçı dövlət olduğunu dərk etdiklərindən artıq erməni diassorunun belə hiyləgər siyasəti iflasa uğrayıb. Əllərini hətta himayədarlarından üzən erməni "başbilənləri" çıxış yolunu erməni ictimaiyyətini aldatmaqda görürlər. Elə bunun nəticəsidir ki, heç bir hüquqi əsası olmayan "referendum" keçirməklə siyasi qarşıdurma yaratmağa çalışırlar. Ancaq, çi-fayda, separatçı rejimdə keçirilən "referendum" beynəlxaqlq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənir.
Əvvala onu qeyd edək ki, Ermənistanın ortaya atdığı "referendum" məsələsinə Azərbaycan dövlətinin sərt mövqeyi ortadadır. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə Prezident İlham Əliyev qəti şəkildə bildirib ki, "Dağlıq Qarabağ rejimi"nin keçirdiyi "referendum" heç bir ölkə tərəfindən tanına bilməz. Dövlət başçısı bəyan edib ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib. Prezident Qondarma "Dağlıq Qarabağ rejimi"nin keçirdiyi "referendum"un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını vurğulayıb. Azərbaycan Prezidenti Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu "referendum"un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırıb.
Ardınca Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Bildirilib ki, beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma "referendum"un Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil. Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "referendum" keçirilir. Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə, işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır.
Yeri gəlmişkən qeyd edək ki, erməni mətbuatının iddiasına görə, separatçı rejimdə keçirilən "referendumu" beynəlxalq müşahidəçilər də izləyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan tərəfinin bu qanunsuz "referendum"un kimlərsə tərəfindən müşahidə edilməsi barədə iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz "referendum"u müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib: "Ermənistan öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfərini təşkil edib.Bu özfəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyil".
Xatırladaq ki, nəinki, Ermənistanın özü, hətta himayədarı olan ölkələr, beynəlxalq ictimaiyyət indiyə qədər nə Dağlıq Qarabağ adında "respublika", nə də separatçı rejimdə keçirilən heç bir seçkinin nəticələrini tanımayıb. Hətta Ermənistanın ən yaxın müttəfiqi sayılan Rusiya bu günlərdə "referendum" la bağlı belə bir bəyanat yayıb: "Rusiya hesab etmir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bölgədə planlaşdırılan "referendum"un keçirilməsindən asılı olsun. Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Biz hesab edirik ki, onun statusu Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə həll olunmalıdır". Eləcə də, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi bəyan edub ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. Bəhrəm Qasemi bildirib ki, Dağlıq Qarabağda referendumun keçirilməsi münaqişənin həlli üçün maneədir: "Bu addım qəbulolunmazdır və Azərbaycan ilə Ermənistanın arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər". Mətbuat katibi nəzərə çatdırıb ki, İran ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir və rəsmi Tehran qarşılıqlı əlaqələrin daha da inkişaf etməsində maraqlıdır. Norveç Krallığının yaydığı bəyənatda bildirilir ki, Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır. Bəyanatda həmçinin, Norveçin Dağlıq Qarabağda fevralın 20-də keçirilən "referendum"u tanımadığı da vurğulanıb: "Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir". Türkiyə də Dağlıq Qarabağda keçirilən "referendumu" tanımayacağını bəyan edib. Türkiyə XİN-in bəyanatında bildirilir ki, bu çür hərəkətlər Dağlıq Qarabağ münaqişəsinin həlliüzrə sülh danışıqlarına zərər gətirir. "Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalır", - deyə bəyanatında bildirilib.
Bu vaxta qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standart nümayiş etdirən beynəlxalq təşkilatlar da qondarma referendumla bağlı birmənalı mpvqelərini açıqlayıblar. Hələ "referendum" ərəfəsində Avropa Birliyi bəyanat yayaraq, onun nəticələrini tanımayacağını bəyan edib. AB-dən bildirilib ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: "Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa Birliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə tezliklə danışıqların bərpasına çağırır". Ardınca ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri adından çıxış edən Fransa məsələnin həmsədr ölkələrin narahatlığına səbəb olduğunu bildirib. Əlavə edilib ki, nə həmsədr ölkələr, nə də dünyanın hər hansı bir ölkəsi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Bundan irəli gələrək, "referendum"un nəticələri həmsədr ölkələr tərəfindən tanınmayacaq və "referendum" Dağlıq Qarabağın hüquqi statusuna, eləcə də münaqişənin həlli istiqamətində aparılan danışıqların nəticələrinə heç bir təsir edə bilməz. Bundan əlavə, Fransa nümayəndəsi həmsədr ölkələr adından vəziyyətin gərginləşməsinə xidmət edən addımdan çəkinməyə çağırış edib.
İstər dünya dövlətləri, istərsə də beynəlxalq təşkilatların açıqlamasından bəlli olur ki, Ermənistan tərəfindən separatçı rejimdə keçirilən "referendum" siyasi riyakarlığın bariz nümunəsidir. Elə isə maraqlıdır, Ermənistana gün kimi aydın olan heç bir hüquqi nəticəsi olmayacaq referendumun keçirilməsi nəyə hesablanıb? Hansı ki, Ermənistan çox yaxşı başa düşür ki, bir etnosu etnik təmizlənməyə məruz qoyaraq, işğal olunmuş ərazilərdə "referendum" keçirmək məntiqə və beynəlxalq hüquq normalarına zidd hərəkətdir. Millə vəkili, ATƏT Parlament Assambleyasının ( PA) vitse-prezidenti Azay Quliyev deyib ki, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və orada yaşayan azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalıblar: "Dünyanın heç bir ölkəsində belə bir praktika yoxdur ki, bir bölgə etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra orada referendum keçirilsin. O baxımdan da, separatçıların Dağlıq Qarabağda keçirdiyi "referendum" qanunsuz və beynəlxalq hüquqa ziddir. Elə məhz buna görə də ATƏT belə bir separatçı rejimi tanımadığı üçün "referendum"u rədd edib. Bunu təkcə ATƏT deyil, digər beynəlxalq təşkilatlar, Avropa İttifaqı da tanımır". A.Quliyev əlavə edib ki, bu, Ermənistanın növbəti təxribatıdır: "Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki düşünülmüş təxribat xarakterli hərəkətləri, heç şübhəsiz ki, danışıqlar prosesinə böyük zərbədir. Bu, bir daha Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin göstəricisidir. Ermənistan da nə etdiyinin fərqindədir və onlar nə etdiklərini çox gözəl anlayırlar. Onlar sadəcə, bununla imitasiya edirlər. Ermənistan hakimiyyətinin bu hərəkəti daxili ictimayi rəyi sakitləşdirməyə yönəlik hərəkətidir. Onlar bununla qısamüddətli də olsa, daxildə cəmiyyəti ovundurmaqla divident əldə etmək istəyirlər. Bir daha deyirəm ki, bunların hamısı qanunsuz fəaliyyətdir və bunun heç bir hüquqi qüvvəsi yoxdur". A.Quliyev onu da bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində hazırda ATƏT Minsk qrupu həmsədrləri səviyyəsində danışıqları davam etdirir: "Aparılan danışıqlarda da adıçəkilən "referendum" danışıqlar predmeti olmadığından, Ermənistanın bu hərəkəti təxribatdır və beynəlxalq hüquqa ziddir".
Alim