Azyaşlılar arasında siqaret çəkənlərin sayı artıb
Dünyada siqaretin insan orqanizminə ziyanı barədə kifayət qədər sosial roliklərin hazırlanmasına baxmayaraq bu zərərli vərdişə aludə olanların sayını azlatmaq müşkül məsələyə çevrilib. Daha acınacaqlı məslə ondan ibarətdir ki, siqaretə aludə olanlar sırasında azyaşlı uşaqlar və qadınların sayı getdikcə artmaqdadır. Eyni vəziyyət Azərbaycandan da yan keçməyib.
21 Fevral 2017 15:09 SosialMəktəbətrafı ərazilərdə siqaret satışı qadağan edilməlidir
Dünyada siqaretin insan orqanizminə ziyanı barədə kifayət qədər sosial roliklərin hazırlanmasına baxmayaraq bu zərərli vərdişə aludə olanların sayını azlatmaq müşkül məsələyə çevrilib. Daha acınacaqlı məslə ondan ibarətdir ki, siqaretə aludə olanlar sırasında azyaşlı uşaqlar və qadınların sayı getdikcə artmaqdadır. Eyni vəziyyət Azərbaycandan da yan keçməyib. Ancaq bir sıra xarici ölkələrdən fərqli olaraq Azərbaycanda bu zərərli vərdişə aludə olmaq üçün kifayəq qədər şərait mövcuddur. Təkcə məktəb ətrafı ərazilərdə ədələ siqaret satışının təşkili kifayətdir ki, azyaşlı uşaqları çox rahat şəkildə özünə cəlb etsin. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında 2016-cı il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib. Hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaya əsasən, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha cəlbedici görünür. Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirdiyi göstəricilərə görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir. Siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir. Millət vəkili Fazil Mustafa bildirib ki, məktəblərin yaxınlığında bəzi satış yerlərində ədədlə satılan siqaretlərlə övladlarımızın sağlığını korlayırlar, qəlyanxanalarda zərərli maddələri qəlyanın içinə doldurub, yeniyetmələrdə narkotikaya alışqanlıq yaradırlar, bunlar ayrı-ayrı yerlərdən məqsədyönlü şəkildə himayə olunan çətə fəaliyyəti olduğundan dəfələrlə məsələni aktuallaşdırsaq da, həllinə gücümüz yetmir: "Məktəb günləri qızımı sübh tezdən dərsə aparanda məktəbin həyəti ilə haradasa 50-60 metr yürüməli oluruq. Əsasən ibtidai sinif uşaqlarının məktəbə gəldiyi saatlarda valideynlər yavrularının əlindən yapışıb, geçikməmək üçün həyəcanla irəliləyirlər. Bir də görürsən ki, yaşlı və ya cavan bir kişi xeylağı bir əli uşaqdan, digər əli isə siqaretdən yapışıb tüsdülədə-tüsdülədə irəliləyir. Bir deyil, iki deyil ki, yaxınlaşıb irad bildirəsən. Bizdə hansısa iradı, tənqidi dostcasına həzmetmə mədəniyyəti də xeyli aşağı olduğundan sadəcə başını bulayaraq keçməli olursan". Bu hadisənin törədcəyi fəsadları sadalayan millət vəkili bildirib ki, valideynlər bu hərəkətləri ilə gül qoxulu uşağın üstündən sinfə girəndə hökmən bu zəhərin qoxusu gələcək: "Belə halda uşağın təsəvvüründə siqaret çəkmənin zərərli bir vərdiş olmadığı təəssüratı yaranacaq. Həmçinin yan-yörədə adam kimi təmiz hava udmaq istəyən insanlara sübh tezdən zəhər qoxusu dadızdıracaqsan, maddi sıxıntıların yaşandığı bir cəmiyyətdə övladına alacağın yeyəcək əvəzinə zəhərə, ardınca da dava-dərmana pul xərcləyəcəksən və sair". Millət vəkili vəziyyətdən çıxış yolu kimi məktəb ərazisində siqaret çəkməyin qadağan edilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət etmək niyyətinədədir: "Düşünürəm ki, Təhsil Naziyliyinə müraciət edəm ki, bütövlükdə kimliyindən asılı olmayaraq məktəb həyətində siqaret çəkmənin qadağan olunmasını təmin edən addımlar atsınlar.Yəni məktəbin həyətinə bu və ya digər səbəbdən daxil olan valideyn siqaret çəkdiyi andan ərazidən qovulmalıdır. Məktəbdə dərs deyən kişi cinsindən olan müəllimlər üçün şagirdlərinin giriş izni olmayan hansısa qapalı yerdə siqaret çəkməyə bir guşə ayırmaq olar. Uşaq hansısa pis vərdişin adiləşdiyini görəndə, bu vərdişə qarşı münasibəti də dərhal loyallaşır. Qadınların da içində bu xeyirsiz vərdişə yoluxmuş əhəmiyyətli sayda insan var. Heç olmasa, bizdə "göstərişli abır-həya", "eldən ayıbdır" formatlarının hesabına bu, ən azı uşaqların yanında onların da siqaret çəkməsi risqini heçə endirir. Mən buna ciddi bir problem kimi baxıram və uşaqlarda erkən yaşlarda fiziki sağlamlığa, idmana həvəs yaratmasaq, sonra dizimizə, başımıza döyməyin də faydası olmayacaq. Onsuz da məktəbin yaxınlığında bəzi satış yerlərində ədədlə satılan siqaretlərlə övladlarımızın sağlığını korlayırlar, qəlyanxanalarda zərərli maddələri qəlyanın içinə doldurub, yeniyetmələrdə narkotikaya alışqanlıq yaradırlar, bunlar ayrı-ayrı yerlərdən məqsədyönlü şəkildə himayə olunan çətə fəaliyyəti olduğundan dəfələrlə məsələni aktuallaşdırsaq da, həllinə gücümüz yetmir. O halda heç olmazsa, məktəblərimizin həyətini natəmizlikdən qorumağa cəhd edək". Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib ki, Azərbaycanda uşaqların tütünçəkmə kimi zərərli vərdişlərə yiyələnməsinin qarşısını almaq üçün kompleks işlər aparılmalıdır: "Əsas təhlükə yeni insanların, xüsusilə yeniyetmələrin bu zərərli vərdişə yiyələnənlərin sırasına qoşulmasıdır. Əsas qorxu isə məktəbin son siniflərində oxuyan - 14-16 yaşlı uşaqlarla bağlıdır. Çalışmaq lazımdır ki, uşaqlar bu zərərli vərdişə yiyələnməsinlər. Məktəblərdə bununla bağlı maarifləndirmə işləri aparılır və onlara bunun zərəri başa salınır. Amma deyə bilmərəm ki, bu işlərin müsbət nəticəsi var, ya yox. Bunun üçün geniş sorğu aparılmalıdır". Onun sözlərinə görə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən yerlərdə tütündən istifadəyə qadağa qoyulub: "Amma daha yaxşı nəticə əldə etmək üçün bu istiqamətdə işləri kompleks şəkildə davam etdirməliyik. Siqaretlərin açıq vitrinlərdə satışına tam qadağanın qoyulması düzgün deyil. Ancaq qiymətlərin qaldırılması alıcıların sayını azalda bilər. Belə olduqda xüsusilə uşaqların siqaret almağa pulu çatmaya bilər. Əlbəttə ki, bu da sonda yaxşı nəticələr verə bilər". Qadınların siqaret çəkdiklərini əksər hallarda etiraf etmədiklərini deyən A.Hacıyev qeyd edib ki, Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir. Onu da xatırladaq ki, Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub. Lakin bu cərimələrin tətbiqi mexanizmi hələlik qeyri-müəyyən olaraq qalır.
Nurlan