Millət vəkili Oğuz Bilik evində
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə görüş keçirilib.
21 Fevral 2017 14:57 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə görüş keçirilib. Fonddan "Olaylar" - a bildirilir ki, Bilik evi dinləyicilərinin və rayonun gənc müəllimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan direktor Anar Məcidov Bilik evinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər, yeni açılan qruplar barədə məlumat verib. Deputat A.Naxçıvanlı da öz növbəsində Bilik Fondunun əhalinin maarifləndirilməsi sahəsində həyata keçirdyi layihələri alqışladığını bildirib, mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin gənclərin dünyagörüşünün inkişafına faydasından söz açıb. A.Naxçıvanlı Bilik evinin dinləyicilərinin çoxsaylı suallarını cavablandıraraq erkən nigah, boşanma, gənc nəslin tərbiyəsi, qızların təhsilə cəlb olunması problemlərinə toxunub.