Bakıda dönərxana PARTLADI- YENİLƏNİB
Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.
21 Fevral 2017 14:40 SosialBakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.
3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.
Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.
Dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində 50 kvadratmetr ərazisi olan dönərxana yararsız hala düşüb.
İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.
***
Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
***
Sabunçu rayonu, Zabrat qəsəbəsində partlayış baş verib. Hadisə şahidləri bildiriblər ki, hadisə "Ayxan" marketlə üzbəüz olan dönərxanada qeydə alınıb. Nəticədə çoxlu sayda insanın yaralandığı bildirilir. Qafqazinfo.az