Komitə sədri: “Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir”
“Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi.
21 Fevral 2017 14:14 Siyasət"Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm". Bunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə,
əgər indiyə kimi, Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən layihələr əsasən təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman sahələrini əhatə edirdisə, şübhəsiz ki, bundan sonra daha çoxşaxəli olacaq: " Hamı Mehriban xanımın simasında təkcə ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görür. Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Bu təyinat münasibətilə onu təbrik edirəm".