Gömrük rüsumundan yayınan sahibkarların adları açıqlandı

Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə  həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə  həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Buna baxmayaraq, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.  Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunlardan  "İmperial Ceramic Centre" MMC, Mamedov Məmməd Oktay oğlu, Seyidquliyev Rövşən Arif oğlu, "Prestij-S.E" oğlu, "Vitol-L Group" MMC, "Avrosof" MMC, LOTOS-2016 MMC" kimi şirkətləri göstərmək olar.  Son günlərdə ümumilikdə 384346.89 ABŞ dolları, 18855.18 avro və 40331.72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31