Zahid Oruc:“Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyin olunması sosial sifariş idi”

Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinat alması çox mühüm siyasi hadisədir. Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, bu təyinat bundan sonrakı dönəmdə idarəçilik sisteminin möhkəmlənməsinə,  islahatların daha dinamik xarakter almasına,  xüsusən də, müxtəlif hakimiyyət  qolları arasında daha çevik əlaqələrin qurulmasına səbəb olacaq: “Doğrudur, Prezidentin həyat yoldaşı olaraq Mehriban xanım ictimai, humanitar,  mədəni  sferada böyük bir missiyanı həyata keçirirdi.

Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinat alması çox mühüm siyasi hadisədir. Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, bu təyinat bundan sonrakı dönəmdə idarəçilik sisteminin möhkəmlənməsinə,  islahatların daha dinamik xarakter almasına,  xüsusən də, müxtəlif hakimiyyət  qolları arasında daha çevik əlaqələrin qurulmasına səbəb olacaq: "Doğrudur, Prezidentin həyat yoldaşı olaraq Mehriban xanım ictimai, humanitar,  mədəni  sferada böyük bir missiyanı həyata keçirirdi. Və o, Azərbaycan mənafeləri üçün bu  illər ərzində böyük xidmətlər göstərib və göstərir. Bununla bərabər real vəzifə  daşımaq, böyük ictimai məsulliyyəti  üzərinə götürmək  fərqli bir hadisədir". Millət vəkili hesab edir ki, M.Əliyevanın birinci vitse-prezident təyin olunması cəmiyyətin bir gözləntisi və  belə demək mümkünsə, sosial sifariş idi:  "Hesab edirəm ki, bu qərarla  cəmiyyətin gözləntiləri doğrultdu. Cəmiyyət Mehriban Əliyevanın bu təyinatını yüksək dəyərləndirəcək və bunu çoxdan gözlənilən qərar kimi qiymətləndirəcək".  Z. Oruc əlavə edib ki, biz qarşıdakı dönəmdə  digər vitse-prezidentlərin təyin olunması ilə ölkədə daha çevik qəraların alınması və onun  qısa zaman ərzində icrasının şahidi olacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31