Sərkisyan seçkiləri saxtalaşdıracaq

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinə gələrək, yüksək rütbəli hərbiçilər qarşısında çıxış edib. Onun sözlərinə görə, ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı tapşırıb.

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinə gələrək, yüksək rütbəli hərbiçilər qarşısında çıxış edib. Onun sözlərinə görə, ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı tapşırıb.

Politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, Sərkisyanın hərbiçilərlə görüşünün məqsədi, hərbiçilərə dolayı yolla seçkilər günü hakim partiyaya səs vermə tapşırığıdır: "Qeyd edim ki, hazırda müxalifətin müdaxilə etmədiyi sahə hərbi hissələrdir. Onun çıxışında hərbiçilərin siyasətdən kənar olmasını və kiminsə siyasətə qarşıcağı təqdirdə cəzalanacağını vurğulaması, əsasən müxalifətin leyhinə hər hansı bir gedişin qarşısın almağa hesablanıb. Hazırda hakim Respublika Partiyasının seçki qərargahının rəhbəri Müdafiə naziri Vigen Sarkisyadır. Onun hakim partiyanın seçki qərargahın rəhbəri təyin edilməsi, Müdafiə Nazirliyinin bütün strukturlarında səsverməniN saxtalaşdırılmasına hesablanıb. Və, Sərkisyanın partiyasının seçki qutularında "qalib" çıxarılmasını təmin etməyə yönəlib". Politoloq deyib ki, Sərkisyan, həmçinin hərbiçilər qarşısında Qarabağla bağlı açıqlamalarla, beynəlxalq hüquqa zidd olaraq, avantürist yanaşma irəli sürüb: "Onun seçki qabağı Azərbaycanın mümkün təzyiqlərinə qarşı hazır olmaq tapşırığı isə, Azərbaycanın son aylarda cəbhədə işğalçılara vurduğu zərbənin nəticəsindən irəli gəlir. Apreldə mümkün hərbi eslakasiyanın baş verməsi isə, Sarkisyanın siyasi hakimiyyətinin sonu ola bilər. Sarkisyan qeyd edir ki, Azərbaycanın təklif etdiyi variantlar, Ermənistanın maraqlarına cavab vermir. Azərbaycanın verdiyi təkliflər, Ermənistan tərəfindən qəbul edilmiş "Yenilənmiş Madrid prinsipləri" və "Kazan formuluna" əsaslanır. Məhz, bu həll variantlarında ərazi bütövlüyü çərçivəsində "müqəddarat" bəndi də qeyd edilib. Yəni, Azərbaycanın tərkibində Qarabağda ermənilərə özünü idarə etmə sistemi tanınır. Bütün həll variantlarında heç bir müstəqillikdən söhbət getmir. Amma, Sarkisyanın ərazi bütövlüyünü görməməzlikdən gələrək, təkcə müqəddaratı vurğulaması, hüquqi olaraq, Minsk qrupu və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmir. Ermənistanın bu kimi açıqlama və "referendum" oyunları isə müharibəni tezləşdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31