“Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib”

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır. Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm”.

"Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır. Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm". Bunu deyən  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının sözlərinə görə,Mehriban xanım özünün hərtərəfli və yorulmaz fəaliyyəti, Azərbaycanı dünyada tanıtmaq üçün gördüyü işlərlə buna haqq edirdi: "Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib. O, insanalara humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə böyük hörmətə layiqdir. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi saysız-hesabsız işlər görüb. Mehriban xanım dəstəyə ehtiyacı minlərlə ailəyə, qadına, uşağa kömək göstərərək xeyirxah imic yaradıb.
Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti olaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31