Gənclərə ətraf mühitin qorunması təbliğ edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ekologiyamızı gənclər qoruyur” adlı layihə yekunlaşıb. “OLAYLAR”-ın xəbərinə görə, Nərgiz Hüseynovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi gənclərə ətraf mühitin düzgün şəkildə qorunmasına dair dolğun biliklərin aşılanması, eləcə də əldə etdikləri bilik və təcrübələri başqaları ilə bölüşmələrinə zəmin yaratmaqdır. Quba şəhərində həyata keçirilən layihə çərçivəsində 3 təlim keçirilib ki, burada da gənclər və ətraf mühit, ekoloji tarazlıq, təkrar istesalat ilə bağlı məlumatlar verilib. Layihədən öncə və sonra edilən qiymətləndirmə prosesi layihə iştirakçılarının mövzu ilə bağlı biliklərinin müsbət yöndə dəyişdiyini göstərib.
21 Fevral 2017 13:31 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Ekologiyamızı gənclər qoruyur" adlı layihə yekunlaşıb. "OLAYLAR"-ın xəbərinə görə, Nərgiz Hüseynovanın rəhbərlik etdiyi layihənin əsas məqsədi gənclərə ətraf mühitin düzgün şəkildə qorunmasına dair dolğun biliklərin aşılanması, eləcə də əldə etdikləri bilik və təcrübələri başqaları ilə bölüşmələrinə zəmin yaratmaqdır. Quba şəhərində həyata keçirilən layihə çərçivəsində 3 təlim keçirilib ki, burada da gənclər və ətraf mühit, ekoloji tarazlıq, təkrar istesalat ilə bağlı məlumatlar verilib. Layihədən öncə və sonra edilən qiymətləndirmə prosesi layihə iştirakçılarının mövzu ilə bağlı biliklərinin müsbət yöndə dəyişdiyini göstərib.