AMEA müsabiqə elan edir
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdi.
21 Fevral 2017 13:04 SosialAzərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən "Magistr-2017" müsabiqəsi elan olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdi.
Akademiyadan "Olaylar" - a bildirilir ki, müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək üçün magistrantlar ərizə formasını müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə 2017-ci il aprelin 15-dək AMEA Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim etməlidirlər.
Diqqət! İştirakçı ərizələri 12 ölçülü arial şrifti ilə, 1 intervalla doldurulmalıdı. Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş saxlanılır. Ərizələr elektron (yaddaş diskində) formada və kağız üzərində təqdim olunmalıdır.