Gündəm

Ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır

23 Fevral 2017 13:42

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül ərzaq təhlükəsizliyi məsələsinu gündəmə gətirib. Artıq sirr deyil ki, bir sıra ölkələrin iqtisadiyyatı tamamilə dağıldığından ərzaq təhlükəsizliyi ilə üzləşmək zorunda qalıb. Hətta Avropa ölkələrinin bir çoxuna ayrılan külli miqdarda borclar belə  iqtisadi tənəzzüldən qurtulmağa imkan vermir, əksizə, ölkələrin iqtisadi asılılığını artırır.

Avropada Xocalı tədbirlərinə start verildi

23 Fevral 2017 13:39

Belçikanın Ghent şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş "Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı" mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayilov, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak ediblər. Ghent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər: öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı konfrans və foto-sərgiyə Azərbaycan və Türk diaspor təmsilçiləri, Ghent şəhərinin yerli sakinləri də qatılıblar.

Qarabağ probleminin həlli region baxımından əhəmiyyətlidir

23 Fevral 2017 13:38

Son vaxtlar Ermənistanın cəbhədə təxribatçı hərəkətlərinin artması, Silahlı Qüvvlərimizə qarşı mütəmadi olaraq edilən hücum cəhdləri Qarabağda yeni bir savaşın başlamasını zərurətə çevirir. Məhz işğalçı ölkənin bu cür təxribatçı hərəkətləri Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini getdikcə mümkünsüz edir. Halbuki sözügedən problemin həlli təkcə Azərbaycan deyil, ümumilikdə region baxımından əhəmiyyətlidir. Elə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Türkiyə üzrə ekspert Araz Aslanlı da bu qənaətdədir.

Təhsil naziri Türkiyədə azərbaycanlı tələbələrlə görüşüb

23 Fevral 2017 13:35

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı İhsan Doğramaçı Bilkent Universitetində olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan bu təhsil ocağının imkanları, bilik öyrətmə texnologiyaları, maddi-texniki bazası barədə ətraflı məlumat verilib.

Şəhid övladları üçün ad günü təşkil edilir

23 Fevral 2017 13:35

Lənkəran şəhərinin Qala Xiyabanında yerləşən “Boranı” Ailəvi İstirahət Mərkəzi xeyriyyə aksiyasına start verib. “OLAYLAR”-ın xəbərinə görə, mərkəzin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sahibkarlar üçün yaratdığı münbit şəraitdən bəhrələnərək Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin övladlarının ad günlərini öz hesabına keçirməyi qərara alıb. Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən bu aksiya ilə bağlı şəhid övladlarına üzərində “Biz atanıza əbədi borcluyuq. Haqqı atanız tərəfindən ödənilib” sözləri yazılmış dəvətnamələr göndərilir.

Sarayda Xocalı faciəsinin qurbanları anıldı

23 Fevral 2017 13:33

Heydər Əliyev adına Respublika Sarayında Xocalı faciəsinin 25 – ci il dönümü münasibəti ilə anım tədbiri keçirilib. Sarydan “Olaylar” – a bildirlir ki, iştirakçılar öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə baxış keçiriblər. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış etdi.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Energetika Nazirliyində olub

23 Fevral 2017 13:32

Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclasında ABŞ-ı təmsil edəcək nümayəndə ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanı qəbul edib.

“Xocalı faciəsi – Qan yaddaşı”

23 Fevral 2017 13:30

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında imzalanmış Memorandum çərçivəsində, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və müəllim heyətinin təşkilatı dəstəyi ilə Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş “Xocalı faciəsi – Qan yaddaşı” adlı tədbir keçirildi. Mərkəzdən “Olaylar” –a bildirilir ki, tədbirin əvvəlində soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra “Vətənim” Yaradıcılıq Birliyinin istehsalı olan "Xocalı" sənədli filminin nümayişi həyata keçirildi.

Naziri vətəndaşları qəbul etdi

23 Fevral 2017 13:29

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Rektor xaricdə təhsil alan həkimlərə müraciət etdi

23 Fevral 2017 13:26

Azərbaycan Tibb Universitetinin (ATU) professor-müəllim heyəti arasında xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərin sayı kifayət qədərdir. Bu gün universitetin rektoru, professor  Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan belə həkimlərlə görüşüb. Bu barədə ATU mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, rektor G.Gəraybəyli Tibb Universitetinin bu cür yetirmələri olduğuna görə fəxr hissi keçirdiyini bildirib: “Hər biriniz öz sahənizdə tanınan insanlarsız. Dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanışsınız. Çox istərdim ki, bu biliklərinizin bizim universitetin fəaliyyətinin daha da yaxşılaşması naminə tətbiq olunmasına yardım edəsiniz. Çünki müasir, yeniləşən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər”. G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin adının dünyanın qabaqcıl elmi müəssisələri ilə yanaşı çəkilməsi üçün istənilən təklif və müraciətlərə açıq olduqlarını bildirib. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu qeyd edib.  

“Election Times” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub

23 Fevral 2017 13:22

İslamabaddakı “Election Times” qəzeti və elektron portalında “Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə verilib. Yazıda Xocalı soyqırımının XX əsrin ən qanlı hadisələrindən biri olduğu qeyd edilir və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 qoca və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır.

Pakistanda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib

23 Fevral 2017 13:20

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Xarici İşlər Nazirliyinin İslamabad Strateji Araşdırmalar İnstitutunda “Soyqırımı və etnik təmizləmə: Xocalı-25” mövzusunda seminar keçirilib.

Edvard Nalbandyanın uğursuz “Münxen” müsahibəsi

23 Fevral 2017 13:15

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Alman dalğası” agentliyinə müsahibəsində (bax: http://www.dw.com/ru/глава-мид-армении-в-программе-немцоваинтервью-почти-треть-торговли-идет-с-ес-20022017/av-37649577) Dağlıq Qarabağ ətrafında ərazi disputunda Azərbaycan ilə kompromisin mümkün formaları barədə suala cavab verərkən, onun sözlərinə görə, “görüşə kifayət qədər yaxşı hazırlaşmamış” müxbir Janna Nemtsovaya “düzəliş etmək” fikrinə düşüb.

Kosmonavt YADPLANETLİLƏRİN SİRLƏRİNİ AÇDI

23 Fevral 2017 13:12

Beynəlxalq Kosmos Gəmisində (İSS) 6 ay işləyən alman kosmonavt Aleksander Gerst kosmosda tək olmadığımızı açıqlayıb. Gerst 2018-ci ildə yenidən İSS-də uçacaq. O, Marsın həyatın sirrini açmağa kömək edəcəyini düşünür.

İlk Günəş tutulmasının baş verəcəyi gün AÇIQLANDI

23 Fevral 2017 13:11

Fevralın 26-da bu ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, proses saat 16:12-də başlayacaq, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.